“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


17.07.2023  11:12 

Müəllim, niyə camaata əziyyət verirsiz?!





A+  A-

Baş nazir Əli Əsədovun sərəncamı ilə Azərbaycanda inflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi üçün İşçi qrup yaradılıb. Sənəddən sitat: "Dünyada geosiyasi gərginliyin davam etməsi, tətbiq olunan iqtisadi sanksiyalar, pandemiyanın yaratdığı fəsadların hələ də tam aradan qalxmaması, iqlim dəyişikliyinin kəskinləşməsi və qlobal iqtisadiyyatın perspektivləri ilə bağlı qeyri-müəyyənliklər inflyasiya proseslərinə təsir göstərməkdədir”.

Baş nazir deyir ki, ölkədə qiymət artımın günahı onlarda deyil, hamı günahkardır, bircə hökumətdən başqa. Yaxşı, qlobal təsirlər var, dünyada da inflyasiya güclənib, amma ölkədəki inhisarçılığı, yanlış rüsum-vergi siyasətini, bazara çıxış imkanlarının məhdudluğunu Putin edir, ya Bayden?!

Bəlkə ÜST bizə, məsələn, ərzaq və dərmanlarda ƏDV-i 18%-dən aşağı salmağa qoymur?! Yəqin, Şolts, Makron imkan vermir ki, kənd təsərrüfatında düzgün stimullaşdırıcı addımlar olsun, eləmi?!

Və ya, Yeni Zellandiyada inəklər qaz buraxır, iqlim korlanır, Azərbaycanda da qiymətlər qalxır?!

Əli Əsədov 12 nəfər qalstuklu müəllimlərdən ibarət işçi qrupu yaradıb ki, qiymət artımının qarşısını alacaq – müəllim, niyə camaata əziyyət verirsiz?!

Yol-iz bəllidir, qrupa ayrıca vəsait, enerji xərcləməyin, bazarı liberallaşdırın, rəqabəti artırın, pərakəndə satışda ərzaq və dərmanlarda ƏDV-ni 18%-dən 2%-ə salın, gedin ÜTT-yə üzv olun, AB ilə yeni sazişi tez imzalayın – vəssalam, görəcəksiz ki, qiymətlər təbii, orqanik halda enməyə başladı.

Həm imhisarçı, rəqabətsiz iqtisadiyyat qur, həm də qiymətlərin qalxmasından şikayət elə, işçi qrupu yarat – olmur e belə, dolamayın camaatı, o işçi qrupa daxil olanların əksəriyyətinin qiymət artımında öz işlərini pis gördükləri üçün payı, və ya şəxsi marağı var...

Natiq Cəfərli
İqtisadçı


Xəbər 1131 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +