“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


09.03.2021  16:27 

Ermənistan Baş Qərargahının rəis müavininə qarşı ittiham irəli sürüldü





A+  A-

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini, general-leytenant Andranik Makaryana qarşı ittiham irəli sürülüb.
XəzərNews.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” Baş Prokurorluğun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, Makaryan İstintaq Komitəsinin əsas hərbi istintaq şöbəsində araşdırılan cinayət işlərindən birində təqsirləndirilən şəxs qismində ittiham olunur.

“Cinayət işi və ittihamın məzmunu barədə ilkin istintaq məlumatlarının məxfiliyinə əsaslanaraq əlavə məlumat verə bilmərik”,- deyə Baş Prokurorluğun mətbuat katibi Arevik Xaçatryan açıqlamasında bildirib.

Qeyd edək ki, A. Makaryan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın təşəbbüsü ilə yayımlanan və Baş nazir Nikol Paşinyanın istefasını tələb edən bəyanata qoşulmayan dörd yüksək rütbəli hərbçidən biridir.

Xəbər 2392 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +