“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


09.03.2021  10:57 

“Rusiya və Çin peyklərimizi məhv edə biləcək sistemlərə malikdir” - Rəsmi Vaşinqton





A+  A-

“Rusiya və Çinin yerin kosmik fəzasında sahib olduqları imkanlar Vaşinqtonun narahatlığına səbəb olur”.
XəzərNews.az xəbər verir ki, bu barədə ABŞ Kosmik Qüvvələrinin komandanı, general Con Reymond “The New York Times” qəzetinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, ABŞ-ın rəqibləri kosmik sistemlərin istifadəsinin bu ölkə üçün nə qədər vacib olduğunu başa düşürlər, bu səbəbdən Birləşmiş Ştatların girişinə imkan verməyən texnologiyaları inkişaf etdirirlər.

“Sistemlərimizi çaşdıra və işini poza biləcək lazerlər təsəvvür edin”,- deyə Reymond qeyd edib.

General həmçinin Moskva və Pekinin ABŞ-ın peyklərini yer üzündən məhv edə və ya zədələyə biləcək müxtəlif qabiliyyətli lazer qurğularına da sahib olduğunu bildirib. Bundan əlavə o qeyd edib ki, bu ölkələrdə peyk əleyhinə raketlər və digər sistemlər də mövcuddur. O, Moskvanın ABŞ peyklərini aşağı yer orbitində məhv edə biləcək bir peykdən istifadə etdiyini də iddia edib.

“Hər iki ölkənin yer orbitində narahatlıq doğuran imkanları var. Bütün bunlar hazırda mövcud olan təhdidlərdir. Gələcəkdə nə olacağından danışmırıq”,- deyə general vurğulayıb.

Qeyd edək ki, 2020-ci ilin dekabrında ABŞ milli kəşfiyyatının direktoru Con Retkliff Rusiyanın məsuliyyətli kosmik güc olmadığını, xüsusən də son zamanlarda kosmosda təhdidkar və təxribat xarakterli fəaliyyətinin potensial təhlükəli vəziyyət yaratdığını açıqlayıb.

Xəbər 1527 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +