“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


04.10.2018  09:16 

Avropanın ən böyük hava limanı bu ölkədə tikilə bilər





A+  A-

Polşa Baranov kəndində Avropada ən böyük hava limanı tikməyi planlaşdırır.
XəzərNews.az Azərtac-a istinadən xəbər verir ki, “LOT Polish Airlines SA”nın baş icraçı direktoru Rafal Milçarski ölkənin müasir aviasiya mərkəzinə ehtiyacı olduğunu qeyd edib.

Layihənin dəyəri 19 milyard dollar təşkil edir. İldə 45 milyon sərnişinə xidmət etmək üçün aeroporta yeni dəmiryol xətlərinin və avtomobil yollarının çəkilməsi də nəzərdə tutulub. Aeroport Londonun Xitrou, Parisin Şarl de Qoll və Amsterdamın Sxipxol kimi nəhəng hava limanları ilə rəqabət aparacaq.

Layihənin tikintisinə 2021-ci ildə, hökumətin Baranovda və yaxın şəhərlərdə torpaq əldə etməsindən sonra başlamaq nəzərdə tutulub. Reyslərin açılışı 2027-ci ilə planlaşdırılır. Sonrakı mərhələlərdə əlavə uçuş-enmə zolaqları və terminallar tikiləcək.

Qeyd edək ki, 29 aoktyabrda açılışı planlaşdırılan İstanbul 3-cü hava limanı Avropada ən böyük hava limanı titulunu ələ keçirəcək. Bu limanda illik 150 milyon sərnişin daşınması nəzərdə tutulub.

Xəbər 1749 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +