Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


23.12.2023  01:37 

Ukraynada mərmi alışında 40 milyon dollardan çox pul oğurlamağa cəhd edilib





A+  A-

Ukrayna Müdafiə Nazirliyinin əsas idarələrindən birinin rəisi artilleriya mərmilərinin alınması zamanı 1,5 milyard qrivna (40 milyon ABŞ dollarından çox - Qeyd) oğurlamağa cəhd etdiyi üçün saxlanılıb.

Xəzərnews.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti teleqram kanalında məlumat yayıb.

Saxlanılan şəxs keçən il topdansatış mərmi partiyasının tədarükü üçün böyük bir müqavilə imzalayıb.

Belə ki, malların vasitəçisiz alınmasının mümkünlüyünə və eyni istehsalçı ilə daha aşağı qiymətə alternativ müqavilənin olmasına baxmayaraq, ilkin müqavilə təsdiqlənib.

Nəticədə xarici vasitəçi şirkətin hesabına 1,5 milyard qrivna köçürülüb ki, bu da birbaşa müqavilənin dəyərindən 30% çoxdur.

Qeyd olunub ki, saxlanılan şəxs vəzifəsindən kənarlaşdırılın, ona qarşı ittiham irəli sürülməsi məsələsi həll edilir. Əgər adı açıqlanmayan şəxsin günahı sübuta yetirilərsə onu 15 ilə qədər həbs cəzası gözləyir.

Xəbər 1120 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +