Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


09.05.2022  10:31 

Jurnalistə hücum etdilər, boğazına bıçaq dirədilər - Foto





A+  A-

Mayın 8-i, gecə saatlarında tanınmış jurnalist Aytən Məmmədovaya hücum edilib.
XəzərNews.az xəbər verir ki, hadisə Binəqədi rayonu, 9-u mikrorayonda baş verib.

Bu barədə jurnalist Aygün Elgünəş məlumat paylaşıb:

“Az əvvəl Aytən Məmmədovaya yaşadığı binanın blokunda hücum edilib. Onun arxasınca liftə girən bir nəfər bıçağı boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə hədələyib, yazmamasını istəyib.

DİN-in 102 xidmətinə məlumat verilib.

"Aytənin ən çox ictimailəşdirdiyi iş İlkin Süleymanovla bağlı məhkəmə işidir. Güman edirik ki, buna görə hədələnib”.

Jurnalistin boğazında xəsarət izi də qalıb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır, jurnalistdən izahat alınıb.




Xəbər 5628 dəfə oxunub.



05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +