Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


30.12.2021  22:55 

Demokratik dəyişikliyi kim və necə edəcək?





A+  A-

Azərbaycan siyasətində ciddi ideoloji boşluq hökm sürür. Şüarçılıq əsas amilə çevrilib. Nə iqtidar, nə də ki iqtidar opponentləri ideoloji boşluğu doldura bilmir.

Qarabağın işğaldan azad edilməsi əsas hərəkətverici amil idi. Bəs ərazilərin işğaldan tam azad edilməsi (Xocalı, Xocavənd, Xankəndi, Qazaxın 7 kəndi və s) tam başa çatandan sonra nə olacaq?

Bizi hansı ideoloji birləşdirə bilər?

Demokratiya uğrunda mübarizə?

30-40 il döyülən və təqib edilən insanların qisasçılıq hissi ilə yaşamayacağına zəmanət varmı və bu, demokratiya uğrunda mübarizədirmi? (1993-də “yox, belə olmayacaq” deyilirdi, sonuc bəllidir).

Hər kəsi birləşdirəcək hansı amil var?

Dini amil?

Yox.

Məzhəblərarası ziddiyyət birləşməyə imkan vermir və əqidə məsələsində heç nə etmək mümkün olmayacaq.

Milli zəmində də birlik imkansızdır. Demokratik islahatlar olmadan heç bir dəyişiklik cəmiyyətin demokratikləşməsinə səbəb ola bilməz.

Demokratik dəyişikliyi kim və necə edəcək?

Cəmiyyət demokratik dəyişiklik uğrunda mübarizəyə hansı dərəcədə hazırdır?

Azər Rəşidoğlu

Xəbər 1716 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +