Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


31.08.2021  12:34 

Elnur Mövlamov pul və qızılları bu kənddə gizlədibmiş





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində Xalq artisti Alim Qasımovun evindən oğurluq edən kürəkəni Elnur Mövlamovun məhkəmə prosesi keçirilib.
XəzərNews.az xəbər verir ki, hakim Samir Hüseynovun sədrliyi ilə keçirilən iclasda Nəsimi RPİ 21-ci Polis Bölməsinin polis əməkdaşı şahid qismində ifadə verərək deyib ki, tutulanda Elnur Mövlanov 3-4 gün əvvəl qumar oynadığını ona deyib: “Orada dava düşüb və xəsarət alıb”.

Proses zamanı məlum olub ki, Elnur Mövlamov Alim Qasımovun evindən oğurladığı pul və qızılları İsmayıllıda Basqal kəndində gizlədibmiş. Orada 2600 dollar və 5 min manat pul olub. Əməliyyat zamanı həmin pullar tapılıb. E.Mövlamov oğurladığı qızılları da özü polisə təqdim edib.

Qeyd edək ki, Alim Qasımovun qızı Fərqanə Qasımovanın həyat yoldaşı qızıl-zinət əşyaları və pul oğurlamaqda təqsirli bilinir.

Oğurluqda ittiham olunan Elnur Mövlanovun cinayət işi üzrə Alim Qasımovun həyat yoldaşı Tamilla Aslanova və qohumu Rəşadət Fərzəliyev zərərçəkmiş qismində tanınıb.

Məhkəmə prosesi sentyabrın 7-də davam etdiriləcək.



Xəbər 3235 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +