Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


08.12.2019  11:54 

2 taekvondoçumuz Moskva Qran-Prisində medal qazandı





A+  A-

Moskvada keçirilən Qran-Pri turnirinin final mərhələsində iştirak edən Azərbaycanın üç taekvondoçusundan ikisi medal qazanıb.
Azərbaycan Taekvondo Federasiyasından XəzərNews.az-a verilən məlumata görə, 80 kiloqram çəki dərəcəsində mübarizə aparan Milad Beigi Hərçəqani braziliyalı Migel Martinsa və özbəkistanlı Nikita Rafaloviça qalib gələrək finala vəsiqə qazanıb. O, həlledici döyüşdə Rusiya təmsilçisi Maksim Kramtçova uduzaraq turniri gümüş medalla başa vurub.

Radik İsayev (80 kq yuxarı) isə bürünc medalla kifayətlənib. Digər idmançımız Cavad Ağayev (68 kq) ilk döyüşündə britaniyalı Bredli Sindenə məğlub olaraq yarışı erkən tərk edib.

Xatırladaq ki, 42 ölkədən 128 taekvondoçunun qatıldığı yarışda fəxri kürsünün ilk pilləsində yer alan idmançı aktivinə 80 xal yazdırır. İkinci yeri tutan 48, üçüncü yerə sahib olan idmançı isə hesabına 28,8 reytinq xalı əlavə edir.

Xəbər 1738 dəfə oxunub.



05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +