Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


13.03.2019  16:14 

“Nar” hesabat verdi - Aktiv abunəçi bazası 13% artıb





A+  A-

Azərbaycanın ən gənc mobil operatoru “Nar Mobile” 12 il ərzində əldə etdiyi nailiyyətləri və 2018-ci ilin yekunları ilə bağlı hesabat açıqlayıb.
XəzərNews.az-ın məlumatına görə,bununla bağlı keçirilən mətbuat konfransında bildirilib ki, hazırda ölkədə ən geniş şəbəkələrindən birinə malik olan “Nar” 2018-ci ildə 170 3G, 800-dən çox 4G baza stansiyası quraşdırıb. 47 bölgə “Nar” 4G şəbəkəsi ilə əhatə olunub. Mobil operatorun 4G istifadəçilərinin sayı 150% artaraq, 500 min nəfəri ötüb.

“Nar”ın göstərdiyi xidmət və sərfəli qiymət sayəsində son 1 ildə aktiv abunəçi bazası 13% artaraq, 2,2 milyondan çox olub.Bununla da “Nar” 2018- ci ildə ən çox istifadəçi artımı olan mobil operator olaraq səciyyələnir.

Şirkətin baş icraçı direktoru Qunnar Panke 2018-ci il ərzində “Nar”ın əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib:

- “Nar” olaraq əsas hədəfimiz paytaxtla yanaşı, regionlarda da şəbəkəmizi daha da gücləndirməkdir. Bu il 700–dən artıq 4G baza stansiyası quraşdırmağı hədəfləmişik. Bütün ölkə boyunca şəbəkəmizi gücləndirməklə, abunəçilərimizin tələblərinə uyğun məhsullar təklif etməklə bazarda payımızı 22% artırmağa nail olmuşuq.

Şirkət rəhbəri deyib ki, 2017-ci il ilə müqayisədə satış üzrə 17% artım müşahidə olunub. Mobil operator il ərzində 570-dən çox yeni korporativ şirkət cəlb edib.

Şirkətin investisiyalarının bir hissəsi şəbəkənin inkişafına, digər hissəsi isə əməliyyat xərclərinin ödənilməsinə yönəldildiyini vurğulayan baş direktor Qunnar Panke konkret rəqəm açıqlamayaraq bildirib ki, bütün mobil operatorlar üçün illik xərclər demək olar eynidir.

Xəbər 1524 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +