Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


19.12.2024  17:49 

İş adamı Məhərrəm Novruzov da ağac kəsiminə görə məhkəməlik oldu





A+  A-

"Qurtuluş 93 Residence" Mənzil-Tikinti Kooperativinin direktoru barəsində heç bir qanuni icazə olmadan yaşıllıqları məhv etməsi, çoxillik ağacları kəsməsinə görə cərimə protokolu tərtib edilib

Xəzərnews.az Qaynarinfo-ya istinadla xəbər verir ki, MTK barəsində İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1 maddəsi ilə protokol tərtib edilib və işə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

Sözügedən maddəyə əsasən, icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə görə fiziki şəxslər 1000 manat, vəzifəli şəxslər 5000 manat, hüquqi şəxslər 15000 manat miqdarında cərimə edilir.

İşə hakim Şəfəq Məmmədovanın sədrliyi ilə baxılacaq.



Qeyd edək ki, "Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovdur. Məhərrəm Novruzov ötən il kürəkəni Elşad Kəlbəliyevin sərxoş vəziyyətdə idarə etdiyi "Range Rover”lə Novxanı-Sumqayıt yolunda törətdiyi və 4 nəfərin öldüyü qəzayla gündəmə gəlmişdi. Bu hadisədən bir ay sonra isə M.Novruzovun xanımı Gülnar Hüseynova "Mercedes Galandewagen”lə Abşeronda qəza törətmiş, nəticədə iki nəfər yaralanmışdı.

Xəbər 2931 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +