Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var
Kamala Harris Donald Trampı kəskin tənqid edib
Azərbaycanda yeni medal təsis edildi
Deputatlar Kamran Əliyevin namizədliyini təsdiqlədi
Məktəbli qızların davası... - Araşdırma başladı


25.09.2021  13:46 

“O, sərxoş vəziyyətdə intim söhbətlər edirdi...”





A+  A-

Ötən il sentyabrın 2-də Bakıda yerləşən moteldə əri tərəfindən öldürülən Şəhanə Şamilovanın qətlinin təfərrüatı məlum olub.
XəzərNews “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Bakıda yerləşən “Salt” moteldə baş verib. 1982-ci il təvəllüdlü Murad Şamilov həyat yoldaşı, 1985-ci il təvəllüdlü Ş. Şamilovanı bıçaqla qətlə yetirib.

Məhkəmədə dindirilən M.Şamilov Ş.Şamilovadan boşanmaq istəmədiyini, hadisəni qısqanclıq zəminində törətdiyini deyib: “Şəhanə boşanmaq üçün məhkəməyə müraciət etmişdi, mən isə barışmaq istəyirdim. O, iki aydır anası ilə Xırdalanda yaşayır, obyektlərdə müğənnilik edirdi. İşlədiyi obyekti tapıb barışmaq üçün yanına getdim. Bir az söhbət etdik, boşanmaq istəmədiyimi desəm də, razılaşmadı. Səhəri gün Şəhanəni Şıxov qəsəbəsindəki “1001 gecə” restoranına apardım. İnzibatçı ilə danışıb ondan arvadımı müğənni kimi işə götürməsini xahiş etdim. O da xahişimi nəzərə alaraq təklif etdiyim şərtlə razılaşdı. Sonra Şəhanəyə yemək yeməyi təklif etdim, birlikdə “Salt” motelinə getdik”.

M.Şamilov bildirib ki, motel otağında spirtli içki qəbul ediblər: “O, sərxoş vəziyyətdə intim söhbətlər, mənim qəbul edə bilməyəcəyim təkliflər edirdi. Şəhanənin bu sözlərinə əsəbiləşib “gic-gic danışma” deyib yataqdan qalxdım və əynimizi geyindik. Yenə də aramızda olan keçmiş mübahisələrdən danışmağa başladıq. Danışıq zamanı Şəhanəyə barışmağı təklif etdim. Lakin Şəhanə barışacağımız təqdirdə onun heç bir işinə qarışmayacağımı, toy məclislərində olarkən restoranda gözləməyəcəyimi, heç kimə qısqanmayacağımı, istədiyi yerə getməsinə qarışmayacağımı və sair, bu kimi şərtlər irəli sürdü. Mən də ona bu şərtlərlə razılaşmayacağımı dedikdə aramızda mübahisə yarandı”.

M.Şamilovun ifadəsinə görə, qadın uşaqlarını ondan alacağını, kiçik qızının atasının başqa kişi olduğunu deyib: “Mən də hirslənib maşının baqajından özümlə gətirdiyim bıçağı götürdüm. Ona 7-8 zərbə vurdum. Sonra da 102-yə zəng edib məlumat verdim”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Şamilova 18 illik həbs cəzası verilib. Qərardan narazı qalan mərhumun anası Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək kürəkəninə ömürlük həbs cəzası verilməsini tələb edib. Məhkəmə birinci instansiyanın qərarını dəyişdirmədən saxlayıb.

Xəbər 6310 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı

30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +