Bakıda evləri talayan qadın saxlanıldı
“Venesiya”da 55 nəfər nədən zəhərləndi? - Açıqlama
Prezidentin Baş prokurur vəzifəsinə namizədi kimdir?
Yaxın 24 saat ərzində saziş imzalanacaq - Şmıxal
Niqab geyinib məktəbləri gəzir... - Açıqlama-VİDEO
Prezident “IVECO”nun sükanı arxasında - Foto
Rasim Balayev Kino Agentliyinin yeni rəhbərini tanımır - ŞOK
İlham Əliyev Sumqayıtda açılışlar etdi - FOTO
Azərbaycanlı iş adamı Odessada oğurlanıb
Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski


29.07.2018  15:37 

Sumqayıtda partlayışda 4 nəfər öldü - Cinayət işi açıldı





A+  A-

Dünən saat 19 radələrində Bakı-Quba yolunun 29 km-də fəaliyyət göstərən avtotəmir sexində “DAF” markalı 99 JD 282 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yanacaq çənində qaynaq işləri aparılarkən yanacaq çəni partlayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, hadisə nəticəsində avtotəmir sexində usta işləyən Məlikov Müsü Bəhmən oğlu, Məlikov Rövşən Ramiz oğlu və Quliyev Akif Eldar oğlu, eləcə də “DAF” markalı avtomobilin sahibi Rüstəmov Fərhad Əhməd oğlu yanıq xəsarətləri ilə 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsinə yerləşdiriliblər.

Zəruri tibbi yardım göstərilməsinə baxmayaraq həmin şəxslər xəstəxanada vəfat ediblər. Şəhər prokurorluğunun əməkdaşları tərəfindən şəhər prokuroru və ekspertin iştirakı ilə hadisə yeri müayinə edilib, hadisənin şahidləri dindirilib və digər zəruri prosessual hərəkətlər həyata keçirilib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar, o cümlədən hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-texniki-təhlükəsizlik ekspertizası təyin edilib, fotoşəkillər çəkilib və hadisəni əks etdirən videogörüntülər götürülüb.

Hazırda iş üzrə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər 1472 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +