Bakıda evləri talayan qadın saxlanıldı
“Venesiya”da 55 nəfər nədən zəhərləndi? - Açıqlama
Prezidentin Baş prokurur vəzifəsinə namizədi kimdir?
Yaxın 24 saat ərzində saziş imzalanacaq - Şmıxal
Niqab geyinib məktəbləri gəzir... - Açıqlama-VİDEO
Prezident “IVECO”nun sükanı arxasında - Foto
Rasim Balayev Kino Agentliyinin yeni rəhbərini tanımır - ŞOK
İlham Əliyev Sumqayıtda açılışlar etdi - FOTO
Azərbaycanlı iş adamı Odessada oğurlanıb
Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski


20.07.2018  13:18 

“Daxili işlər orqanları adekvat reaksiya verməyə hazır olmalıdır”





A+  A-

Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının iclasının iştirakçılarına müraciət ünvanlayıb.
XəzərNews.az xəbər verir ki, prezident müraciətində Şuranın növbəti iclasının işinə uğurlar arzulayıb. Bildirib ki, bu formatda iyirmi beş ildən artıq həyata keçirilən əməkdaşlıq müasir dövrdə beynəlxalq terrorçuluğun və transmilli mütəşəkkil cinayətkarlığın digər formalarının doğurduğu çağırış və təhdidlərə qarşı kollektiv mübarizənin səmərəliliyinin bariz nümunəsidir.

“Ötən illər ərzində Daxili İşlər Nazirləri Şurası ictimai təhlükəsizliyin təmin edilməsi və cinayətkarlığa qarşı mübarizənin bütün istiqamətlərində mühüm işlər görmüş və qarşılıqlı fəaliyyəti təmin etmişdir. Bunun nəticəsində əməkdaşlıq potensialı, məlumat mübadiləsi və birgə tədbirlərin keçirilməsinin effektivliyi əhəmiyyətli dərəcədə artmışdır.

Müasir dövrdə qloballaşma şəraitində ayrı-ayrı ölkələrin, regionların və bütövlükdə dünyanın təhlükəsizliyinə təhdidlər artmaqda davam edir, bu təhdidlərin həyata keçirilmə forma və üsulları isə daha da mürəkkəb və təhlükəli xarakter alır. Bununla əlaqədar olaraq daxili işlər orqanları daim qabaqlayıcı tədbirlər görməyə və vəziyyətə adekvat reaksiya verməyə hazır olmalıdırlar.

Bu məsələlərdə müvafiq beynəlxalq qurumlar, xüsusilə Azərbaycanın uğurla əməkdaşlıq etdiyi Beynəlxalq Kriminal Polis Təşkilatı – İnterpol xətti ilə əlaqələr olduqca vacibdir. Biz bu nüfuzlu beynəlxalq təşkilatın milli və beynəlxalq təhlükəsizliyin təmin edilməsi ilə bağlı informasiya və texniki dəstəyini yüksək qiymətləndiririk.

Daxili İşlər Nazirləri Şurasının hazırkı iclasının Azərbaycan Xalq Cümhuriyyətinin, habelə Azərbaycan polisinin 100 illiyinin qeyd olunduğu ilə təsadüf etməsi əlamətdar haldır. Bu gün Azərbaycan, bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasətə uyğun olaraq, güclü, müstəqil, demokratik və hüquqi dövlət kimi inkişaf etməkdədir. Daxili işlər orqanları ölkəmizdə sabitliyin və qanunçuluğun təmin edilməsinə mühüm töhfə verir, beynəlxalq terrorçuluğa və dini ekstremizmə qarşı ciddi mübarizə aparırlar. Bu işdə MDB iştirakçısı olan dövlətlərin tərəfdaş təşkilatları ilə əməkdaşlığın gücləndirilməsi böyük əhəmiyyət kəsb edir.

Əminəm ki, Daxili İşlər Nazirləri Şurasının iclası çərçivəsində məhsuldar fikir mübadiləsinin aparılması ölkələrimizin rifahı naminə mövcud əməkdaşlığın daha da möhkəmlənməsinə əlavə təkan verəcəkdir”.

Xəbər 1384 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +