Bakıda evləri talayan qadın saxlanıldı
“Venesiya”da 55 nəfər nədən zəhərləndi? - Açıqlama
Prezidentin Baş prokurur vəzifəsinə namizədi kimdir?
Yaxın 24 saat ərzində saziş imzalanacaq - Şmıxal
Niqab geyinib məktəbləri gəzir... - Açıqlama-VİDEO
Prezident “IVECO”nun sükanı arxasında - Foto
Rasim Balayev Kino Agentliyinin yeni rəhbərini tanımır - ŞOK
İlham Əliyev Sumqayıtda açılışlar etdi - FOTO
Azərbaycanlı iş adamı Odessada oğurlanıb
Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski


05.02.2025  11:27 

XİN məlumat yaydı





A+  A-

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərliyi ilə Azərbaycan Respublikasının hökumət missiyası Monqolustanda səfərdə olub.

XəzərNews.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Səfər zamanı Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov Monqolustanın xarici işlər naziri xanım Batmunx Battsetseq, yol və nəqliyyat naziri Delqersixan Borxuu, Monqolustan Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Odbayar Erdenetsoqt ilə görüşüb.

Görüşlərdə Monqolustan tərəfi Azərbaycan hökumət missiyasını yüksək qiymətləndirib və hər iki tərəf üçün maraq doğuran, o cümlədən yüksək səviyyəli səfərlərin mübadiləsi, sərmayə, logistika imkanları, yaşıl enerji, humanitar və digər məsələlər müzakirə edilib.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Monqolustan Xarici İşlər Nazirliyi arasında ikinci siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfdən isə Monqolustan xarici işlər nazirliyinin dövlət katibi Munxtşiq Lxanajav rəhbərlik ediblər. Siyasi məsləhətləşmələr zamanı ikitətəfli və çoxtərəfli siyasi əlaqələrin genişləndirilməsi, yüksək səviyyəli səfərlər mübadiləsi, həmçinin beynəlxalq təşkilatlar, müqavilə-hüquq, iqtisadi-ticarət, energetika, mədənçilik, nəqliyyat, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.

Hökumət missiyasının üzvləri olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Müdafiə Sənaye Nazirliyinin, AzərGold nümayəndələri üçün Monqolustanın müvafiq dövlət qurumlarının yüksək vəzifəli rəsmiləri ilə görüşləri təşkil edilib. Azərbaycan nümayəndələri üçün bir neçə sahələrdə investisiya imkanları barədə ətraflı təqdimatlar edilib, müxtəlif sahələri əhatə edən əməkdaşlıq perspektivləri haqqında məzmunlu müzakirələr aparılıb.

Səfər zamanı missiya üzvləri üçün bir sıra sənaye zonalarına turlar təşkil edilib.

Xəbər 1078 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +