13 azərbaycanlı Suriya cəhənnəmindən xilas oldu
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi
3 əcnəbi Azərbaycandan qovuldu - Birgə məlumat
Təbiətə 45 min manat ziyan vuruldu
Keçmiş hərbi prokuror metroda görüntülənib - Foto
Allahdan sonra mənəm... - Qazancınızın yarısı mənimdir
İş qurmaq vədi ilə qonşusunun 111.700 min manatını ələ keçirdi
Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Silahlı Qüvvələr Günü... - 3 gün tətil
Bank kartlarından 10 min manatdan çox pul oğurlanıb


02.07.2018  10:56 

Uşağı dənizə apararkən diqqətli olun





A+  A-

“Yaşyarımlıq xəstə uşağı dənizə aparıblar və vəziyyəti ağırlaşıb. Dənizin suyu, qumu, günəşi, havası uşaqlar üçün faydalıdır. Lap körpə uşaqları da dənizə aparmaq olar, amma sağlam uşaqları aparmaq lazımdır”.
XəzərNews.az xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev sosial şəbəkədə yazıb. Həkim uşaqların dənizə necə aparılması ilə bağlı valideynlərə bir çox məsləhətlər verib:

“Səhər saat 10-dan axşam saat 5-ə kimi dənizə germək düzgün deyil. Küləkli havada dəniz ziyanlıdır. Dənizin kənarında dayanan zaman mütləq çətirlərdən istifadə etmək lazımdır. Valideynlər dəniz suyunun körpə uşaqların ağzına getməməsi nə xüsusi diqqət etməlidir. Bundan başqa, qulağına su keçməməsi üçün xüsusi qulaqcıqlardan istifadə edə bilər.

Əgər qum uşaqların ayaqlarını incitmirsə, onlar qumun üzərində ayaqyalın gəzsə yaxşıdır. Uşağın dərisini qısa müddətdə yandırmaq olmaz.

Son olaraq, su mütləq təmiz olmalıdır.

Bu qaydalara əməl olunmasa, uşaq müxtəlif infeksiyalara yoluxacaq”.

Xəbər 1464 dəfə oxunub.




04.06.2025  11:08 

Sanksiyalar hazırdır - Kelloq


BÜTÜN XƏBƏRLƏR +