Fransa Ukraynada dron istehsal edəcək
Yük avtomobili “Volkswagen“i əzib keçdi
Deputat Sumı əhalisinin təxliyəsini təklif edib
İlon Mask Trampla bağlı paylaşımı silib
Yumruq-təpiklə vurmağa başladılar - Restoranda dava
Paşinyana qarşı impiçment prosesi başlayır
Qırğızlar Leninin ən hündür abidəsini sökdülər
Ukraynalı qadın və qızı Belçikada öldürülüb
İlon Mask Amerika Partiyası yaradır
Şübhəli bilinən 36 nəfər saxlanılıb


12.01.2018  18:06 

Eksternat imtahanlarının nəticələri açıqlandı





A+  A-

Bakı şəhəri üzrə keçirilən eksternat imtahanlarının nəticələri açıqlanıb.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən XəzərNews.az-a verilən məlumatda deyilib.

Bildirilib ki, əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX sinif) bitirə bilməyən şəxslər üçün eksternat imtahanında 99 nəfər iştirak edib. Onlardan 68 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub.

Eksternlər hərəsində 10 sual olmaqla, 2 gün ərzində 12 fənn (ana dili, ədəbiyyat, kimya, fizika, coğrafiya, informatika, həyat bilgisi,Azərbaycan tarixi, riyaziyyat, ümumi tarix, xarici dil, biologiya) üzrə imtahan veriblər. Rus bölməsi üzrə təhsil almış şəxslər isə əlavə olaraq daha 1 fəndən də (Azərbaycan dili) sınaqdan keçiblər.

Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahibdirlər.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Xəbər 1814 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +