Pezeşkiandan Pakistan və Hindistana YENİ TƏKLİF
Ən çox plan yeri ayrılan ixtisaslar - SİYAHI
İçkili halda yüksəkgərginlikli elektrik dirəyinə çıxdı
Maliyyə naziri Maska hücum edib
Moskvada qaz balonları olan anbarda yanğın-VİDEO
İranda atışma olub: Ölən var-VİDEO
Almaniyada terror aktı
Ukrayna ordusu Rusiyanın hərbi qatarını vurub
Lukaşenko bu liderə abidə ucaltmağı təklif etdi
Fransa Ukraynada dron istehsal edəcək


02.06.2017  11:46 

Bakı-Şamaxı yolu açıldı





A+  A-

Hazırda Bakı-Şamaxı avtomobil yolunun 76-cı kilometrliyində, Ceyrankeçməz dərəsində dünən sel sularının yaratdığı problem aradan qaldırılıb, nəqliyyatın hərəkəti bərpa edilib.
Bu haqda XəzərNews.az-a "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
A.Nəcəfli yolun bağlanmasına səbəblərini də açıqlayıb. O deyib ki, sel suları özü ilə gətirdiyi qaya parçaları, lil qatını körpünün üstünə atıb:

“Nəticədə yol bağlanıb və avtomobillərin hərəkətində problem yaranıb. “Azəravtoyol”un əməkdaşları kompleks şəkildə ərazidə problemin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirib. Mövsümdən asılı olaraq ərazidə intensiv yağışlar müşahidə olunur”.
İyunun 1-i axşam saatlarında yağan güclü leysan yağışından sonra dağlardan gələn sel suları Qobustan rayonu ərazisindən keçən magistral avtomobil yolunda nəqliyyatın hərəkətini dayandırıb.

Sel suları Bakı-Şamaxı avtomobil yolunun 76-cı kilometrliyində, Ceyrankeçməz dərəsi adlanan əraziyə toplanaraq, orada gölün əmələ gəlməsinə və nəticədə magistral yolun bağlanmasına səbəb olub.Yol bir neçə saat bağlı qaldığı üçün Bakıdan Şamaxı istiqamətinə və əks tərəfə gedən 500-dən çox avtomobil yolda qalıb.

Xəbər 1600 dəfə oxunub.




08.06.2025  03:34 

Maliyyə naziri Maska hücum edib

08.06.2025  00:52 

Bakıda yanğın baş verib

08.06.2025  00:49 

Almaniyada terror aktı


BÜTÜN XƏBƏRLƏR +