Fransa Ukraynada dron istehsal edəcək
Yük avtomobili “Volkswagen“i əzib keçdi
Deputat Sumı əhalisinin təxliyəsini təklif edib
İlon Mask Trampla bağlı paylaşımı silib
Yumruq-təpiklə vurmağa başladılar - Restoranda dava
Paşinyana qarşı impiçment prosesi başlayır
Qırğızlar Leninin ən hündür abidəsini sökdülər
Ukraynalı qadın və qızı Belçikada öldürülüb
İlon Mask Amerika Partiyası yaradır
Şübhəli bilinən 36 nəfər saxlanılıb


30.05.2017  18:09 

Daha bir marşrutda kart sisteminə keçildi





A+  A-

Bakı Nəqliyyat Agentliyinin (BNA) tələbinə uyğun olaraq, daha bir marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız-vahid kart sistemi ilə ödənilməsi mümkün olacaq.
Bu haqda XəzərNews.az-a BNA-nın İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev Məlumat verib.

O qeyd edib ki, iyunun 1-dən 135 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslardan istifadə edən sərnişinlər gediş haqqını nağd formada deyil, Bakı Kart sistemi ilə ödəyəcək:
“ Tətbiq edilən yeniliklə bağlı əhalinin vaxtında məlumatlandırılması məqsədi ilə, 135 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusların daxilinə elanlar da vurulub. Vahid kart ödəniş sisteminə keçidlə əlaqədar, artıq 135 nömrəli marşrut xətti üzrə hərəkət edən 23 ədəd avtobusa validatorlar quraşdırılıb. Həmçinin, avtobusların salonuna nəzarət etməyə imkan verən video müşahidə sistemləri yenilənib”.

M.Ağayev deyib ki, sərnişinlərin Bakı Kart əldə etməsi, eləcə də kartın balansını artırmasını asanlaşdırmaq məqsədi ilə marşrut xətti boyunca 6 dayanacaq məntəqəsində MilliÖn terminalları quraşdırılır:
“Həmçinin, dayanacağa Bakı Nəqliyyat Agentliyinin xüsusi məlumat lövhələri vurulur”.
Xatırladaq ki, hazırda Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən 17 müntəzəm 1 ekspress marşrut xətti üzrə 450-dən artıq avtobusda gediş haqqı vahid kart ödəniş sistemi ilə həyata keçirilir.


Xəbər 1800 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +