Dolların məzənnəsi düşür, məhsullar bahalaşır
“Toplum TV işi“ üzrə növbəti prosesi keçirilib
Pirəkəşküldə partlayış olacaq... - Qorxmayın
Putin -Tramp görüşü razılaşma tələb edir- Uşakov
Qəzza qatliamı: 54 418 nəfər ölüb, 124 190 nəfər yaralanıb
Eldar Mahmudovun şəxsiyyət vəsiqəsini yeniləmirlər
Sabahın havası açıqlandı: Bakıda və rayonlarda...
Messi Azərbaycan millisini təbrik edib
Öpüşmək psixikaya mənfi təsir göstərir
Prezident Alparslan Bayraktarı qəbul edib


21.05.2025  12:13 

Deputat 5 min manatla dolana bilmirsə, onda müəllim, həkim nə etsin?





A+  A-

“Baş-ayaqdan xaş çıxar, ətdən kabab. Səyyad Arandan da bundan artığı çıxmaz. Budur Səyyad Aran! Bir gün durub dedi ki, sosial müavinətlər-filan, səhəri gün dedi ki, səhv etmişəm, elə deyil, belədi. Sonra durub deyir ki, Qız Qalasını restoran edək”.

Bu sözləri Musavata TV-yə müsahibəsində Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

O, Səyyad Aranın "5 min manatla dolana bilmirəm" gileylənə kəskin münasibət bildirib:

“Məndən olsa, Azərbaycanda bütün maaşlar qaldırılmalıdır. Sizcə, 1700-1800 manata kim icra başçısı işləyər? Təbii ki, icra başçısına 1700 manat maaş vermək o deməkdir ki, get dolan. Ən kasıb rayonda belə icra başçılarının aylığı 200-300 minə gəlib çıxır. Satmadıqları torpaq qalmayıb.

Səyyad Arana demək lazımdır ki, 500 manat maaşla müəllim nə etsin? Bəs 260 manat pensiya alan nə etsin? Bilirsiniz, maaşla bağlı müqayisəni belə aparmaq lazımdır. Sağında, solunda olan professorlar 1200 manat maaş alanda sən onun 7 qatını alırsan və deyirsən ki, dolana bilmirəm. Elədirsə çıx YAP-dan, istefa ver. İqtidarı tənqid elə. Keç müxalifətə. Təklif edirəm ki, gəl keç Ağ Partiyaya. Narazı müxalifətdə olar. Gəl tənqid elə. Mən sənə partiyada vəzifə də verirəm. Səni idarə heyətinə də salacam.

Gəl de ki, mənim kimi deputat 5 min manatla dolana bilmirsə, onda müəllim, həkim nə etsin? Bu deputat sadəcə iqtidarı şantaj edir. Bunun başqa adı yoxdur. Sizcə, Səyyad Aranın maşını yoxdur? Səyyad Aran gözünü açandan vəzifədədir!”/Yenisabah.az

Xəbər 928 dəfə oxunub.




02.06.2025  14:54 

Rusiyada 41 təyyarə vurulub

02.06.2025  09:17 

Lerikdə zəlzələ qeydə alınıb

01.06.2025  14:54 

Saleh Səmədovu DTX həbs edib?


BÜTÜN XƏBƏRLƏR +