YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


02.03.2023  10:23 

Hacı Şahinin ölümündə İran izi - İddia





A+  A-

Tanınmış ilahiyyatçı, din xadimi Hacı Şahinin vəfat etməsi barədə xəbər ölkə gündəminin əsas müzakirə mövzularından birinə çevrilib.

Sağlam həyat tərzi keçirən orta yaşlı (48 yaş) bir tanınmış adamın birdən-birə vəfat etməsi istər-istəməz şübhələrə yol açır.

Ölkəmizdə sevilən, dinlənilən, fərqli və müsbət obrazda qəbul edilən din xadiminin vəfatının rəsmi səbəbi infarktdır. Yaxınları onun sübh namazına qalxarkən ürək tutmasından dünyasını dəyişidiyini bildiriblər.

Ancaq ortalıqda şübhə və sual doğuran nüansalar var: Hacı Şahin indiyədək ürəyindən şikayətçi olmuşdumu, həkimə müraciət etmişdimi, müalicə almışdımı?

Əgər bu, ilk ürəktutmasıdırsa, o zaman onun ağır nəticələr verməsi ehtimalı azalır.

Məlumdur ki, beynəlxalq şpionajda istifadə olunan modern preparatlar var, onların vasitəsilə arzuedilməz şəxslərin səhhətində geridönməz proseslər başladıla bilir, xüsusilə də həmin preparatlar kəskin ürək çatışmazlığına səbəb olur və özündən sonra heç bir iz buraxmır.

Ona görə də son vaxtlar gərginləşmiş İran-Azərbaycan münasibətlərinin fonunda İranın təsir dairəsində olmayan, eyni zamanda böyük tərəfdar kütləsi olan, dövlətçilik mövqeyindən çıxış edən bir din xadiminin qəfil ölümünün İranın kşfiyyat orqanlarının işi ola biləcəyini düşünənlər var.

Sui-qəsd ehtimalını qabardanlar belə hesab edirlər ki, bu məsələdə iki məqam güdülə bilər:

1. İran özünə bağlı olmayan və İranmeylli dindarların səfini pozan şəxsi aradan götürür;

2. Ümumilikdə dindarların bu qəsdi yerli hökumətin üstünə atması üçün bəhanə verir.

Hər halda bu üstündən keçiləsi hadisə deyil, ciddi araşdırmalar aparılmalı, açıq nəticələr ortaya qoyulmalı və ictimaiyyətə açıqlama verilməlidir./Musavat.com

Xəbər 1531 dəfə oxunub.



19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +