YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


12.12.2021  12:19 

"Azərbaycanda, zirzəmilərdə saxta viski, araq, konyak istehsal olunur"





A+  A-

"Qaçaqmalçılıq fəaliyyətinin mövcudluğunu heç kim inkar etmir. Hesabatlarımızla tanış ola bilərsiniz, biz hər il ölkəyə qaçaqmal yolu ilə və saxta məhsulların daxil olmasının qarşısını alırıq. Bəzən tütün məmulatları ilə dolu yük maşınlarını saxlayırıq”

XəzərNews.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev jurnalist Eynulla Fətullayevə müsahibəsində deyib.

“Yeri gəlmişkən, ötən il ölkəyə qanunsuz yolla gətirilərkən müsadirə etdiyimiz bütün tütün məmulatlarını və dərman preparatlarını hərbçilərimizin ehtiyaclarının ödənməsi üçün Müdafiə Mazirliyinə təhvil vermişik”.

Komitə sədri qeyd edib ki, siqaret, alkoqol, dərman və qızıl məmulatlarının qaçaqmalçılığı ilə mübarizə bütün dünyada gedir:

“Bizi daha çox dəniz yolu ilə qaçaqmalçılıq narahat edir. Mütəmadi olaraq balıqçı gəmilərində Azərbaycana adı çəkilən malların qanunsuz gətirilməsinə cəhdlər olur. Bu yaxınlarda DTX və Dövlət Sərhəd Xidməti ilə birlikdə Xəzərdə xüsusi əməliyyat keçirmişik, qaçaqmalçılıq kanallarını müəyyənləşdirmişik. Qaçaqmalçılar da dinc durmurlar, malların çatdırılmasının yeni yollarını və üsullarını axtarırlar.

Tam məsuliyyətlə bəyan edirəm ki, Azərbaycana gətirilən mallar gömrük skanerlərinin köməyi ilə yoxlanılır. Son nümunələrdən biri: Yeni il ərəfəsində qanunsuz yolla ölkəyə gətirilməsinə cəhd olunan pirotexnika aşkarladıq. Bəzən qanunsuz daşınmanın bənzərsiz hiyləgər nümunələri ilə rastlaşırıq. Təsəvvür edin, qaçaqmalçılar avtomobilin hava süzgəcində 34 kq qızıl gizlətməyə çalışıblar”.

Səfər Mehdiyev “Ölkəyə qaçaqmal yolu ilə gələn saxta məhsullarla mübarizəni kim aparmalıdır?” sualına belə cavab verib:

“Fiskal orqanlarının hamısı - gömrük komitəsi, vergi xidməti, həmçinin hüquq-mühafizə orqanları ticarətdə qaçaqmalçılıqla mübarizə aparır. Ancaq gəlin beynəlxalq statistikaya nəzər salaq. Qaçaqmalçılıqla mübarizədə Azərbaycan ən yaxşı göstəricilərdən birini nümayiş etdirir.

Ölkəyə gətirilən alkoqol məhsullarının və tütün məmulatlarının cəmisi 2%-i qaçaqmalçıların payına düşür. Bu, cüzi rəqəmdir! Və sevindirici faktdır! Biz vergi xidməti və digər təsisatlarla birgə xüsusi əməliyyatlar keçiririk. Diqqətinizi vacib məsələyə yönəltmək istərdim. Saxta siqaret və alkoqol artıq ölkəyə kənardan gətirilmir, bu məhsullar Azərbaycanın özündə, zirzəmilərdə istehsal edilir.

Və biz bunu bilirik. Əlimizdə ciddi faktlar var. Azərbaycanda, zirzəmilərdə saxta alkoqol - viski, araq, konyak istehsal olunur… Biz bununla mübarizəni davam etdiririk, bir neçə cinayətkar şəbəkəni zərərsizləşdirməyə müvəffəq olmuşuq”.



Xəbər 1867 dəfə oxunub.




19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +