Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


29.05.2025  11:14 

Qadın müəllimlər avtobusda saçyolduya çıxdılar





A+  A-

Göygöl rayonunda qadın müəllimlər dalaşıblar.

XəzərNews.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qızılca kəndinə sərnişin daşıyan marşrut avtobusunda baş verib.

Qızılca kənd orta məktəbinin müəllimi işləyən Səbinə Quliyeva (soyad şərtidir) vəzifəsindən azad edilir. Hadisədən bir müddət sonra o, kənd marşrutunda keçmiş həmkarı Tacirə ilə rastlaşır və onu işdən çıxmasına Tacirənin səbəb olduğunu deyir. Avtobusda müəllimlər arasında mübahisə davaya çevrilir və onlar saçyolduya çıxırlar. Hadisə nəticəsində Səbinə Tacirəni saçından tutaraq avtobusda sürüyür.

Sürücü hadisəyə müdaxilə edərək onları ayırsa da, müəllimlər küçədə yenidən davaya başlayırlar. Hadisə nəticəsində Tacirə müxtəlif bədən xəsarətləri alır.

Faktla bağlı cinayət işi başlanır və iş məhkəməyə göndərilir.

Göygöl Rayon Məhkəməsinin hökmü ilə S.Quliyeva Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Xəbər 481 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +