13 azərbaycanlı Suriya cəhənnəmindən xilas oldu
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi
3 əcnəbi Azərbaycandan qovuldu - Birgə məlumat
Təbiətə 45 min manat ziyan vuruldu
Keçmiş hərbi prokuror metroda görüntülənib - Foto
Allahdan sonra mənəm... - Qazancınızın yarısı mənimdir
İş qurmaq vədi ilə qonşusunun 111.700 min manatını ələ keçirdi
Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Silahlı Qüvvələr Günü... - 3 gün tətil
Bank kartlarından 10 min manatdan çox pul oğurlanıb


20.05.2025  11:11 

Köçəryanın revanşı: Baş verənlər Azərbaycan üçün nə vəd edir?





A+  A-

“İndi Robert Köçəryan mütəmadi mətbuat konfransları keçirir, əhali ilə əlaqələrini intensivləşdirib. Parlamentin deputatı olan oğlunun da fəaliyyətində məqsədyönlü aktivlik var. V.Putinlə görüşüb, artıq Ermənistanda hakimiyyəti ələ almaq istəyir. R.Köçəryana V.Putinin yenidən etimad etməsi erməniləri, xüsusilə R.Köçəryanı tanımamasının nəticəsidir. R.Köçəryan Rusiyanın Ermənistandakı mülklərini özəlləşdirən ilk prezidentdir. “Sibiravia”, “Qazprom”, Rusiyanın Ermənistandakı neft şirkətlərini öz dostu Mika Bağdasaryanın adına sənədləşdirdi. “Sibiravia” aviakompaniyasıın əvəzinə “Armavia”nı yaratdı”.

Bu sözləri XəzərNews.az-a politoloq Mübariz Əhmədoğlu son vaxtlar Ermənistanın sabiq prezidenti R.Köçəryanın aktivləşməsinə münasibət bildirərkən deyib.

M.Əhmədoğlu qeyd edib ki, Ermənistanda ABŞ-ın dünyada ikinci ən böyük səfirlik binasının tikilməsinin təşəbbüskarı da R.Köçəryandır:

“Orada sərf olunan vəsaitin əksəriyyəti R.Köçəryan və onun ətrafında olan iş adamlarına məxsusdur. R.Köçəryanla birlikdə Konstantin Zatulin də bir neçə dəfə o səfirliyin binasının tikintisini təftiş ediblər. Xodorkovskinin “YUKOS” firmasına qarşı V.Putinin apardığı siyasət bəllidir. Putini aldatmaq üçün “YUKOS-MDB” (“YUKOS-CİS”)-nin adı ilə struktur yaradıldı və onun pulunun 5 milyard dollarını R.Köçəryanın dövründə Ermənistan vasitəsilə Qərb banklarına köçürüldü. R.Köçəryanın maliyyə vəsaitinin bir qismi də oradandır. R.Köçəryan sonradan Moskvada olan “Sistema” AFK-nın rəhbərlərindən biri təyin edildi. Bu da əvvəlcədən razılaşdırılmış işdir. Rusiya şirkətlərini müflis edərkən və həm də “YUKOS-MDB”-dən qazandığı vəsaitinin bir qismini “Sistema” AFK-nın tərkibinə daxil olan kompaniyalara köçürmüşdü. Var-dövləti də təxminən 5 milyard dollara yaxın olmalıdır. R.Köçəryan qədər ikiüzlü, korrupsioner, xəyanətkar, insan qanına susamış çox nadir adamlar var”.

Politoloq bildirib ki, baş verənlər Azərbaycan üçün qorxu deyil:

“Guya R.Köçəryan RF-in hərbi bazasını Azərbaycana qarşı istifadə edəcək, belə deyil. Əslində R.Köçəryanın qabağında V.Putinin prizmasından qoyulan birinci İran və Qərbi Ermənistandan sıxışdırıb çıxarmaqdır”.


Xəbər 1340 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.06.2025  11:08 

Sanksiyalar hazırdır - Kelloq


BÜTÜN XƏBƏRLƏR +