Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


01.05.2018  23:11 

Paşinyan xalqı ümummilli tətilə çağırıb





A+  A-

Ermənistandakı etiraz aksiyalarının lideri, baş nazir postuna namizədliyi parlament tərəfindən təsdiqlənməyən Nikol Paşinyan dövlət qulluqçularını ümumi tətilə, tərəfdarlarını isə kütləvi vətəndaş itaətsizliyinə çağırıb.
XəzərNews.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, N.Paşinyan əsas yolları bağlamağa çağırıb: “Sabah 08.15-dən etibarən kütləvi vətəndaş itaətsizliyinə, ümummilli tətilə başlayırıq, küçələri, magistralları, aeroporta aparan bütün yolları bağlayırıq”.

Ermənistandakı etiraz aksiyalarının lideri qeyd edib ki, etirazçıların tələbi dəyişməz olaraq qalmaqdadır – “xalqın namizədi”nin baş nazir postuna seçilməsi.

Qeyd edək ki, Ermənistan parlamenti bu gün keçirdiyi xüsusi iclasda Nikol Paşinyanı baş nazir seçməyib. N. Paşinyanın lehinə 45, əleyhinə 56 deputat səs verib.

Xəbər 1272 dəfə oxunub.



01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +