14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü


21.12.2023  17:40 

Fransa kəşfiyyatının Azərbaycanda böyük agentura şəbəkəsi ortaya çıxıb - İddia





A+  A-

“Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlarda iştirak edən Fransa kəşfiyyatçılarının Azərbaycanda böyük agentura şəbəkəsi ortaya çıxıb”.

Xəzərnews.az xəbər verir ki, bu barədə Ukraynanın “İdentifikator” nəşri öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, həmin şəbəkə Fransanın Azərbaycandakı səfirliyinin tərkibində fəaliyyət göstərib və Fransanın sözdə “tərəfdaş” adlandırdığı ölkələrin nümayəndələrinə qarşı kəşfiyyat fəaliyyəti həyata keçirib. Sözügedən şəbəkənin geniş əlaqələrinin olduğu, region ölkələrində təsir dairəsini genişləndirməyə hazırlaşdığı vurğulanır.

İstintaq məlumatlarına görə, uzun illər Fransa kəşfiyyatının əməkdaşı olmuş şəbəkə üzvlərindən biri könüllü olaraq Azərbaycanın hüquq-mühafizə orqanları ilə əməkdaşlığa başladıqdan sonra şəbəkə üzvlərinin kimlikləri ortaya çıxıb. Bu əməkdaşlıq nəticəsində bəziləri Azərbaycanda xidmət etmiş və hələ də fəaliyyətdə olan, bəziləri isə hazırda bir sıra qonşu dövlətlərdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən onlarla fransalı agent ifşa edilib. Bununla yanaşı, Azərbaycan xüsusi xidmət orqanlarına Fransanın agentura şəbəkəsinin Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyəti ilə bağlı sübut və sənədlərin təqdim edildiyi bildirilir.

Qeyd olunur ki, Azərbaycanın xüsusi xidmət orqanlarının apardığı cinayət işi ilə bağlı Ukrayna, Gürcüstan və Azərbaycana qarşı bir sıra kəşfiyyat fəaliyyəti həyata keçirmiş şəxslər həbs edilib.

Nəşr qeyd edir ki, bu böyük uğursuzluğun Fransa kəşfiyyatının imicinə ciddi zərbə vuracağı gözlənilir.

Hələlik Azərbaycan tərəfinin məsələ ilə bağlı rəsmi açıqlama vermədiyi qeyd olunur./“AzPolitika.info”

Xəbər 1162 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +