14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü


28.09.2019  11:18 

“Xəzər” TV-dən möhtəşəm layihə - VİDEO





A+  A-

Tolik: Bütün hədiyyələr sahiblərinə verildi Xəbər verdiyimiz kimi, bu gün “Xəzər” televiziyası böyük bir layihəyə imza atıb. Televiziyanın həyətində, “Hər şey daxil” verilişinin canlı efirinin qonaqları Xətai rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları olub. Onlara televiziya rəhbərliyi tərəfindən sürpriz hazırlanıb.
XəzərNews.az bildirir ki, AzNews.az layihənin detalları haqda bilgi əldə etmək üçün proqramın aparıcısı Toliklə (Tarix Əliyev) əlaqə saxlayıb.

VİDEO

- Məlumata görə, televiziya rəhbərliyi bu marafonda 30 nəfər iştirakçıya məişət avadanlığı hədiyyə edib. Bununla bağlı nə deyə bilərsiniz?

- “Xəzər” televiziyasının “Hər şey daxil” verilişi olmaqla yay aylarında üç hədiyyə seçdik: bahalı telefon, paltaryuyan və televizor. Düşündük ki, bunu yeni mövsümdə televiziyanın ən aktiv tamaşaçılarından üç nəfərinə hədiyyə edərik. Lakin sonradan fikrimizi dəyişdik. Fikirləşdik ki, bu hədiyyələri efirdə bağışlasaq, televiziya tamaşaçılarında bizə qarşı inamsızlıq yaranacaq. İstər-istəməz tamaşaçılardan kimlərsə deyəcəklər ki, hədiyyələri özlərinin qohumlarına verdilər. Sağ olsun, “Xəzər” televiziyasının rəhbərliyi gözəl bir ideya ilə çıxış etdi. Buna görə mən də “Xəzər” televiziyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm. Təklif edildi ki, bahalı mobil telefonu qaytaraq, onun yerinə 30 ədəd məişət avadanlığı alaq. Həmin hədiyyələri həqiqətən ehtiyacı olan xanımlara hədiyyə edək. Elə də etdik. 30 ədəd məişət texnikası seçdik. Onların arasında elektrik sobaları, tozsoran, paltaryuyan, televizor və bir çox əşyalar var idi. Bundan əlavə layihənin daha bir özəlliyi də oldu. Biz bu marafona Xətai rayonu ərazisində təmizlik işləri ilə məşğul olan şəxləri dəvət etməyi qarşımıza məqsəd qoyduq.



- Yəni marafona konkret olaraq hansı qurumun əməkdaşlarını dəvət etdiniz?

- Xətai rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 247 nəfər əməkdaşını “Xəzər” televiziyasının canlı yayımına dəvət etdik. Onların hər birinə lotereya şəklində rəqəmlər verdik. Bu marafon şəffaf şəkildə başa çatdı. Marafondan 30 nəfər evinə hədiyyə ilə getdi. Biz təmizlik işləri ilə məşğul olan insanları sevindirməyi özümüzə borc bildik və ilk dəfə “Xəzər” televiziyası olaraq belə böyük layihəni həyata keçirdik.

- “Xəzər” televiziyası olaraq, “Hər şey daxil” verilişi bundan sonrakı aylarda həmin layihəni davam etdirəcək?

- Mənim “Xəzər” televiziyası adından danışmağa ixtiyarım yoxdur. Ancaq “Hər şey daxil” verilişi haqqında danışa bilərəm. Biz düşünürük ki, rəhbərliklə danışıqlar aparaq, televiziya olaraq ayda bir dəfə belə layihə həyata keçirək. Və hər ay bir rayonun əməkdaşlarını marafona dəvət edək. Əsas odur ki, marafon uğurlu alındı və insanlar tərəfində çox bəyinildi. Marafonda iştirak edən əməkdaşların hər birinin sahib olduqları məişət avadanlıqlarına ehtiyacları vardı. Hətta özləri də bunu dilə gətirdilər.

- Hədiyyə sahibi olanlar fikirlərini necə izah edirdilər?

- İnanın ki, paltaryuyan maşını udan xanımın sevincinin həddi-hududu yox idi. 21 ildir ki, həmin qadın süpürgəçi işləyir. Düzü, onlara süpürgəçi demək istəmirəm. Onlar bizim analarımız-bacılarımızdır. Həmin xanım inanmırdı ki, onun qismətinə belə hədiyyə düşər. Marafonda dedi ki, “Doğrudan bu paltaryuyan mənimdir?". Dedik ki, əlbəttə, bu, sizin halal malınızdır. Marafon başa çatan kimi xanımı öz hədiyyəsi ilə maşına mindirib yaşadığı evinə apardıq. Başqa biri televizor uddu, marafon bitən kimi qoluna vurub apardı. Bütün hədiyyələr sahiblərinə verildi. Hamı bir bir-birinin uğuruna sevinirdi. Hər halda bu sevinci biz onlara yaşatdıq.






Xəbər 4102 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +