14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü


05.12.2018  09:38 

“Dövlət Xidməti 39 müvəkkil kredit təşkilatı ilə əməkdaşlıq edir”





A+  A-

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev Azərbaycan Kredit İttifaqları Assosiasiyasının sədri Cəlil Süleymanovun iddialarına cavab verib.
XəzərNews.az xəbər verir ki, Mirzə Əliyev bildirib ki, Azərbaycan Hökumətinin aqrar sektora ayırdığı güzəştli kreditlərin verilməsi məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti 39 müvəkkil kredit təşkilatı ilə əməkdaşlıq edir. Bu müvəkkil kredit təşkilatlarının 19-u kredit ittifaqıdır. Kredit ittifaqları vasitəsilə fermer və sahibkarlara təqdim edilmiş kreditlər Dövlət Xidmətinin kredit portfelinin 13%-ni təşkil edir. Bu da kredit ittifaqları tərəfindən verilmiş kreditlərin ölkə üzrə orta göstəricisindən (1%-dən də az) dəfələrlə artıqdır.

Kredit ittifaqlarına Dövlət Xidməti tərəfindən ayrılmış kredit portfelinin 69%-i qeyri-işləkdir. Müvəkkil kredit təşkilatlarının DX qarşısında olan vaxtı keçmiş borclarının 42%-i kredit ittifaqlarının payına düşür. Lakin fermerlərin ehtiyaclarını nəzərə alaraq, kredit ittifaqları ilə əməkdaşlıq davam etdirilir.

Azərbaycan Kredit İttifaqları Assosiasiyasının sədri Cəlil Süleymanovun özünün təsisçi olduğu “Aran” Kredit İttifaqının da kreditləri vaxtı keçmiş kreditlər siyahısındadır. Assosiasiya sədrinin Dövlət Xidmətindən şikayətlənməsinin səbəbi isə onun rəhbərlik etdiyi kredit ittifaqı ilə əməkdaşlığın dayandırılmasıdır. Dövlət Xidməti əməkdaşları ilə görüşlərdə “Aran” Kredit İttifaqının təsisçisi fermerlərin götürdüyü kreditlərdən geri qaytarılan vəsaitlərin yüksək faizli məişət (istehlak) kreditlərinə yönəldildiyini bildirib. Cəlil Süleymanov bu addımı kredit ittifaqının mövcudluğunu davam etdirməsi səbəbilə atdığını deyib.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti rəhbərliyi və kredit mütəxəssisləri Azərbaycan Kredit İttifaqları Assosiasiyasının sədri Cəlil Süleymanov ilə dəfələrlə görüşüb, həm öz kredit ittifaqı, həm də Assosiasiyaya daxil olan digər kredit ittifaqlarının borcları barədə xəbərdarlıq ediblər. “Təəssüf ki, müxtəlif vasitələrlə dövlət strukturuna təsir edib, qanunvericiliyin tələblərini öz xeyrinə dəyişmək istəyən Assosiasiya sədri indi də təzyiq vasitəsi kimi medianı seçib” - Dövlət Xidmətinin rəisi Mirzə Əliyev deyib.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti bir sıra kredit ittifaqlarının rəhbərləri ilə görüşərək, kredit ittifaqlarının sağlamlaşdırılması istiqamətində tövsiyə verib və yardım göstərir. Dövlət Xidməti aqrar sektorun inkişafı, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin artırılması, ərzaq təhlükəsizliyinin təmini, idxaldan asılılığın azaldılması və ixrac qabiliyyətinin artırılması məqsədilə sağlam təsərrüfat və biznes quran, Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində fəaliyyət göstərən bütün fermer və sahibkarlara dəstək verir.

Xəbər 1949 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +