14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü


07.11.2017  14:26 

Azərbaycanda 10 şəxsi yaxta və 38 şəxsi gəmi var - RƏSMİ





A+  A-

Azərbaycanın dövlət gəmi reyestrində və Berbout-çarter reyestrində qeydiyyatda olan yaxtaların sayı açıqlanıb.
XəzərNews.az bildirir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin rəhbəri Tural Müseyibov məlumat verib.

T.Müseyibov gəmilərin qeydiyyatı və idarə edilməsinin qanunvericiliklə müəyyən olunduğunu deyib:

“Dövlət başçısının 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında əsasnamə”də Administrasiyanın vəzifə və hüquqları müəyyən edilib. Qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərin (kiçik həcmli gəmilər istisna olmaqla) dövlət qeydiyyatını və dövlət reyestrini aparmaq, Dövlət Dəniz Administrasiyasının vəzifələrinə aiddir. Gəmilərin idarə olunması - STCW - Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası tərəfindən verilən diplom və xüsusi hazırlıq sertifikatları əsasında həyata keçirilir”.

Qurum rəsmisi qeyd edib ki, Azərbaycan 1995-ci ildən BMT-nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatına üzv olduğu tarixdən etibarən dəniz nəqliyyatı sahəsində 20-dən çox beynəlxalq konvensiya və protokola qoşulub:

“Beynəlxalq konvensiya və protokollardan irəli gələrək dəniz nəqliyyatı sahəsinə dair tələblərin təmin olunması qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası tərəfindən həyata keçirilir. Yeri gəlmişkən bildirim ki, Beynəlxalq Dəniz Təşkilatının Audit Ekspert Qrupu 2017-ci il 28 may-6 iyun tarixlərində Azərbaycanda səfərdə olub. Səfərdə məqsəd Dövlət Dəniz Administrasiyasında yoxlama aparmaq və dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyaların tələblərindən irəli gələn öhdəliklərin icra vəziyyətini qiymətləndirmək olub. Audit yoxlamasının tam obyektivliyə əsaslanan nəticələrinə əsasən respublikamızın 172 dünya dəniz dövləti sırasında ən qabaqcıllar olan Avropa dövlətlərini geridə qoyaraq, statistika üzrə ön sırada yer tutub”.

T.Müseyibovun sözlərinə görə, Azərbaycanın dövlət gəmi reyestrində və Berbout-çarter reyestrində 487 müxtəlif tipli gəmi qeydiyyata alınıb:


“Keçirilən audit yoxlaması zamanı iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahələrindən biri olan dəniz nəqliyyatı sahəsində formalaşdırılmış siyasətə uyğun olaraq həyata keçirilən davamlı islahatlar və bu məqsədlə təsdiq olunan mövcud normativ hüquqi aktlar, habelə dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və dəniz mühitinin mühafizəsi sahəsində məqsədyönlü və ciddi tədbirlərin həyata keçirilməsi Audit Ekspert Qrupu tərəfindən xüsusi rəğbətlə qarşılanıb.
Azərbaycan Dövlət gəmi reyestrində və Berbout-çarter reyestrində 487 müxtəlif tipli gəmi qeydiyyata alınıb. Dövlət gəmi reyestrində 15 ədəd yaxta qeydiyyata alınıb ki, bunlardan 10 ədədi fiziki şəxslərin mülkiyyətindədir. Həmçinin, dövlət gəmi reyestrində fiziki şəxslərə məxsus 38 müxtəlif tipli gəmi qeydiyyata alınıb. Kiçik həcmli gəmilərin qeydiyyatı və idarəetmə sənədinin verilməsi isə Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilir”.

Xəbər 1546 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +