Türkün Türk üzərində qələbəsi qürur yeri ola bilməz - Əli Hacı
14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi


05.02.2025  11:19 

Sərhədlər bağlı, amma 615 min azərbaycanlı quru yolla ölkədən çıxıb





A+  A-

Ötən il xarici ölkələrə 2 milyon 158 min 938 nəfər Azərbaycan vətəndaşı səfər edib.

XəzərNews.az Yeniavaz.com-a istinadən xəbər verir ki, xaricə səfər edən Azərbaycan vətəndaşlarının 63,3%-i və ya 1 milyon 365 min 589 nəfəri ölkəni turizm məqsədilə, 36,7%-i və ya 793 min 349 nəfəri digər məqsədlərlə tərk edib.

Turizm məqsədilə xaricə səfər edənlərin böyük əksəriyyəti – 98%-i və ya 1 milyon 337 min 88 nəfəri ölkədən hava yolu ilə çıxıb. Turistlərin yalnız 2%-i və ya 28 min 501 nəfəri ölkəni dəniz yolu ilə tərk edib. Quru yolla ölkəni tərk edən turist olmayıb.

Açıqlanan rəsmi məlumatlarda bildirilir ki, ötən il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,4%-i hava, 28,5%i dəmir yolu və avtomobil, 2,1%-i isə dəniz nəqliyyatından istifadə edib.

Qeyd edilən bu məlumatlara istinadən apardığımız hesablama göstərir ki, hava yolu ilə (təyyarə) ölkəni tərk edənlərin sayı ümumilkdə 1 milyon 498 min 303 nəfər (2 158 938 x 69,4 / 100) olub. Bunların 1 milyon 337 min 88 nəfərini turistlər təşkil etdiyi üçün ölkəni hava yolu ilə tərk edənlərin 161 min 215 nəfəri (1 498 303 – 1 337 088) xaricə digər məqsədlərlə gedənlər olub.

Rəsmi məlumatlarda həmçinin qeyd olunur ki, ötən 793 min 349 nəfər digər məqsədlərlə xaricə səfər edib. Digər məqsədlərlə xaricə gedənlərin 161 min 215 nəfəri hava yolundan istifadə ediblərsə, onda 632 min 134 nəfər (793 349 – 161 215) xaricə quru və dəniz yolu ilə gedib.

Xaricə dəniz yolu ilə gedənlərin ümumi sayının 45 min 338 nəfər (2 158 938 x 2,1 / 100) olduğunu və bunların da 28 min 501 nəfərinin turist olduğunu nəzərə alsaq, o zaman, digər məqsədlə ölkədən çıxan 16 min 837 nəfər (45 338 28 501) dəniz yolundan istifadə edb.

Hesablamadan da görünür ki, xaricə səfər edən 615 min 297 nəfər (623 134 – 16 837) ölkədən quru yolla çıxıb.

Qeyd edək ki, açıqlanan rəsmi məlumatlarda ölkədən quru yolla çıxanların kimlər olduğu barədə məlmat verilmir. Lakin bildirilir ki, digər məqsədlə xaricə gedənlər mövsümi, qısa və ya uzun müddətə işləməyə gedənlər, ictimai nəqliyyat vasitələrinin heyəti, ixrac yüklərini daşıyan avtomobillərin sürücüləri və yükləri müşayiət edən şəxslər, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərində, konsulluqlarında, beynəlxalq təşkilatların nümayəndəliklərində işləyənlər və onlarla birlikdə yaşayan ailə üzvləri, təhsil müəssisələrində təhsil alanlar və s. şəxslər ola bilər.

Xəbər 1818 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +