Fransa Ukraynada dron istehsal edəcək
Yük avtomobili “Volkswagen“i əzib keçdi
Deputat Sumı əhalisinin təxliyəsini təklif edib
İlon Mask Trampla bağlı paylaşımı silib
Yumruq-təpiklə vurmağa başladılar - Restoranda dava
Paşinyana qarşı impiçment prosesi başlayır
Qırğızlar Leninin ən hündür abidəsini sökdülər
Ukraynalı qadın və qızı Belçikada öldürülüb
İlon Mask Amerika Partiyası yaradır
Şübhəli bilinən 36 nəfər saxlanılıb


30.10.2024  19:53 

Fransadakı diasporumuz Türkiyə Cümhuriyyətinin 101 illiyində - Fotolar





A+  A-

Fransada fəaliyyət göstərən ALİM Elmi Assosiasiyasının rəhbəri, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun İdarə Heyətinin üzvü, iqtisad üzrə fəlsəfə doktoru, ADA və Versal Universitetlərinin müəllimi Günel Səfərova Lion şəhərində Türkiyə Cümhuriyyətinin 101 illiyinə həsr olunan tədbirdə iştirak edib.

Xəzərnews.az Diaspora.TV-yə istinadən xəbər verir ki, Lionun mərkəzində - İntercontinental Lyon – Hôtel Dieu ziyafət zalında keçirilən tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qonaqlara müraciət videosu nümayiş etdirilib.

Sonra xanım konsul Elif Çelebican tədbidə iştirak edən qonaqları salamlayıb, Türkiyənin 101 illik tarixindən qısaca bəhs edib.

Qonaqlar arasında Auvergne-Rhône-Alpes regionundakı konsullar, fəxri konsullar, regiondan olan deputatlar, türk diaspora nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan diasporunu Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının nümayəndələri - Günel Səfərova, Natəvan Nəsibova və Turan Əhmədova təmsil ediblər.







Xəbər 6105 dəfə oxunub.



05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +