Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək
Pirəkəşküldə partlayış olacaq - Rəsmi


05.02.2024  11:54 

Əhaliyə şad xəbər: 12 adda məhsulun qiyməti...





A+  A-

Ötən həftə Prezident İlham Əliyev "Dövlət ehtiyatları haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Qanun layihəsi 4 fəsil və 14 maddədən ibarətdir. Bu qanun dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək. Bura təxminən 12 adda ərzaq məhsulları daxildir. İqtisadçıların fikrincə, söhbət çörək, çay, qənd, yağ, düyü və s. kimi zəruri ərzaq məhsullarından gedir.

Sözügedən qanunu Yenisabah.az-a şərh edən millət vəkili Vüqar Bayramov əsas məqsədin strateji ərzaq məhsulları ilə bağlı ehtiyatların formalaşdırılması olduğunu qeyd edib.

“Dövlət ehtiyatları haqqında” qanunun əsas məqsədi strateji ərzaq məhsulları üzrə ehtiyatların formalaşdırılmasıdır. Bu strateji ehtiyatları formalaşdıracaq və xüsusən həmin məhsulların təklifində çətinlik olan zaman həmin ehtiyatlardan istifadə olunacaq. Bura təxminən 12 adda ərzaq məhsulları daxildir. Eyni zamanda özəl şirkətlər üçün də onların malik olduğu ehtiyatlarla bağlı məlumatların təqdim edilməsi nəzərdə tutulur. Məqsəd ondan ibarətdir ki, bütövlükdə ölkə üzrə dövlət və özəl ehtiyatların həcmini müəyyənləşdirmək mümkün olsun. Çünki bu ehtiyatlar istehlak bazarında tələbin ödənilməsi üçün istifadə olunur”.

Deputat bu qanunun qiymət artımının qarşısının alınmasında effektiv olacağını qeyd edib:

“Bu qanun əsas olaraq istehsal və idxalda baş verən dəyişikliklər zamanı istehlak bazarında qiymətləri kəskin artırmaması üçün nəzərdə tutulub. Bu həm də xüsusən ərzaq məhsullarının qiymətlərinin optimallaşdırması məqsədi daşıyır. Belə olduqda kəskin qiymət artımın qarşısı alınacaq”.

Xəbər 1147 dəfə oxunub.




19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +