YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


02.02.2024  10:57 

Bu nişanlar söküldü





A+  A-

Bakının Səbail rayonu Neftçilər prospektindəki (Dövlət Kukla Teatrının qarşısı) yeraltı keçidə vurulan yeni qadağanedici işarələr müzakirə yaradıb.

Xəzərnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, işarələrlə velosiped və skuter sürücülərinin bu keçiddən istifadəsi, bundan savayı, sözügedən yerdə şəkil çəkdirmək qadağan edilib . Bildirilib ki, bəzi yeniyetmə və gənclər keçiddən təyinatı üzrə istifadə etməyərək burada skeytbordinq hərəkətləri edirlər. Velosiped istifadəçiləri, xüsusilə kuryerlik edənlər isə qadağaların onların hərəkətinə və fəaliyyətinə maneə törətdiyini, ərazidə onların keçməsi üçün

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, bir neçə gün əvvəl keçidin divarlarına vurulmuş nişanlar artıq sökülüb: “Sözügedən ünvandakı qadağalar sakinlərin müraciəti əsasında tətbiq olunub. Belə ki, bəzi paytaxt sakinləri, xüsusən də yeniyetmə və gənclər yeraltı keçiddən təyinatı üzrə istifadə etmək əvəzinə, orada velosiped, skuter sürüb, piyadaların gediş-gəlişinə mane olurlar.

Eyni zamanda keçidin müəyyən hissələrində dayanıb fotoçəkiliş aparanlar da vətəndaşların sərbəst hərəkətinə maneə törədiblər. Bununla bağlı vətəndaşlar dəfələrlə Agentliyə müraciət ediblər. Bu kimi səbəblərdən həmin yeraltı keçiddə qadağanedici işarələr qoyulmuşdu.

Lakin bu qadağaların cəmiyyətdə birmənalı qarşılanmadığı, etiraz doğurduğu nəzərə alınaraq, sonradan həmin işarələr götürülüb. Bununla belə, velosipedçi və skuterçilərə tövsiyə edirik ki, yeraltı keçidlərdən, piyada zolaqlarından keçərkən qanunvericiliyin tələblərinə riayət etsinlər, həm özlərini, həm də digər hərəkət iştirakçılarını təhlükəyə atmasınlar”.

Xəbər 2444 dəfə oxunub.




19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +