“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


10.03.2017  09:58 

Qadın sürücülər taksi xidmətinə cəlb olunacaq





A+  A-

Bakıda qadın sürücülər taksi xidmətinə cəlb olunacaq.
XəzərNews.az bildirir ki, bu barədə Trend-ə "Bakı Taksi" MMC-nin rəhbəri Ramal Ağayev deyib.
R.Ağayev bildirib ki, MMC yaxın vaxtlarda qadın sürücüləri də taksi fəaliyyətinə cəlb etmək niyyətindədir:
"Bəzən insanlar ailələrini, uşaqlarını kişi sürücülərə etibar etməkdən çəkinirlər. Biz bu məsələləri nəzərə alaraq yaxın gələcəkdə qadın sürücüləri də taksi fəaliyyətinə cəlb etməyi nəzərdə tuturuq. Bizim şirkət tərəfindən cəlb olunacaq qadın sürücülər çəhrayı rəngdə avtomobillərlə taksi xidməti göstərəcəklər. Artıq bir qadın sürücümüz Bakıda taksi xidməti göstərməyə başlayıb və xidmət keyfiyyətinə görə kişi sürücülərdən geri qalmır".
R.Ağayev vurğulayıb ki, bu məqsədlə müsabiqə keçirilməsi nəzərdə tutulur: "Təqribən 25-40 yaş arası qadın sürücüləri işə cəlb etmək niyyətindəyik.
Qadın sürücülər müsabiqə yolu ilə seçildikdən sonra sürücülük məktəbində iki aylıq təlim keçəcək və ondan sonra taksi xidməti göstərməyə başlayacaqlar. Həm də cəlb ediləcək qadın sürücülərin 5 illik sürücülük təcrübəsi olmalarına diqqət yetiriləcək, çünki bu, məsuliyyətli bir məsələdir. Burada yalnız öz həyatına görə deyil, digər insanların da həyatına görə məsuliyyət daşıyırsan".

Xəbər 2864 dəfə oxunub.




20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +