Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib
Moskva sülh niyyətini təsdiqləyib - Lavrov
İcra ödənişinin məbləği 7 faizdən 10 faizə qaldırılır
Sabahdan istilər başlayır


18.02.2025  15:56 

Gürcüstana qatarla getmək istəyənlərin NƏZƏRİNƏ





A+  A-

Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşınmasının mayın 1-dən bərpa olunması müzakirə edilib.

XəzərNews.az xəbər verir ki, bu barədə qonşu ölkənin İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.

Məlumata görə, Gürcüstanın Baş nazirinin I müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ölkədə işgüzar səfərdə olan Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə görüş keçirib. Görüşdə nəqliyyat sahəsində əməkdaşlıq, əsas istiqamətlər, gələcək prioritetlər, cari layihələr barədə fikir mübadiləsi aparıblar.

L.Davitaşvili bildirib ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biri məhz nəqliyyat sahəsidir və bu səbəbdən hər il görüşlər keçirilərək il ərzində görüləcək işlər müzakirə edilir. Onun sözlərinə görə, görüşdə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi məsələsi də müzakirə olunub və bu il layihənin son mərhələsinin istismara veriləcəyi planlaşdırılır. Bundan əlavə, Gürcüstan və Azərbaycan arasında bu infrastrukturun idarə edilməsi üçün yaradılmış birgə müəssisə haqqında da danışıqlar aparılıb.

İqtisadiyyat və davamlı inkişaf nazirliyində keçirilən görüşdə Gürcüstan tərəfdən nazir müavini Quram Quramişvili, “Marabda-Kartsaxi” MMC-nin rəhbəri Levan Kankava, “Gürcüstan Dəmir Yolları”nın rəhbər şəxsləri, Dövlət Əmlakının Milli Agentliyinin direktoru İrakli Şengeliya iştirak ediblər. Azərbaycan nümayəndə heyətinə isə nazir Rəşad Nəbiyev başçılıq edib. Görüşdə həmçinin “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov, Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Tərəflər Orta Dəhlizin artan roluna xüsusi diqqət yetirib və onun rəqabət qabiliyyətinin artırılması, əlavə yüklərin cəlb olunması üçün görülən tədbirləri müzakirə ediblər. Bildirilib ki, bu proses hər iki ölkəyə əlavə dəyər yaratmaq imkanı verəcək. Görüşdə həmçinin Gürcüstan və Azərbaycan arasında sərnişin dəmir yolu əlaqəsinin 1 may 2025-ci ildən etibarən bərpası məsələsi müzakirə olunub.

“Bu dəmir yolu əlaqəsi bizim turizm sektorumuz üçün çox vacibdir. Azərbaycanlı həmkarımla görüşdə biz həmçinin bu ilin yükdaşımaları ilə bağlı proqnozları müzakirə etdik. Əsas məqsədimiz maksimum koordinasiya ilə regional və beynəlxalq səviyyədə daha rəqabətqabiliyyətli olmaqdır,”
– deyə L.Davitaşvili vurğulayıb.



Xəbər 1924 dəfə oxunub.




20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +