14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü


08.02.2022  15:15 

1,1 milyon nəfər pensiyasını artımla alacaq





A+  A-

Prezident İlham Əliyevin fevralın 8-də imzaladığı “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda (DSMF) mətbuat konfransı keçirilib.

XəzərNews.az xəbər verir ki, fondun sədri Himalay Məmişov Prezident İlham Əliyevin sosial sahəyə, həssas qrupların rifah halının yaxşılaşdırılmasına xüsusi qayğısı nəticəsində pensiyaların da ardıcıl şəkildə artırıldığını vurğulayıb.

Onun verdiyi məlumata görə, Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2021-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempi 3,4 faiz olub. Yeni Sərəncamla pensiyaların sığorta hissəsi də həmin göstərici üzrə indeksləşdirilərək 2022-ci il yanvarın 1-dən artırılır.

Yanvar ayına aid artımın fevral ayının pensiyası ilə birgə veriləcəyini qeyd edən H.Məmişov qeyd edib ki, sığorta prinsipi ilə pensiya alanlara Sərəncamla 2022-ci il üzrə 200 manat maddi yardım da veriləcək. Həmin maddi yardım rüblər üzrə bölünərək ödəniləcək.

Fond sədri yeni Sərəncamla edilən artımların pensiyaların orta aylıq məbləğinə münasibətdə təqribən 9 faiz təşkil etdiyini bildirib və artımın pensiyaçıların1,1 milyon nəfərinə, başqa sözlə 92 faizinə şamil olunduğunu, bu artım üçün il ərzində əlavə olaraq 352 milyon manat vəsait sərf olunacağını diqqətə çatdırıb.

H.Məmişov bildirib ki, Sərəncamla istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarının sığorta hissəsindəki pensiya kapitalları da 6,7 faiz indeksləşdirilməklə artırılır. Sərəncam qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxsləri də əhatə edir. Dövlət başçısı tərəfindən Nazirlər Kabinetinə bu kateqoriyadan olan pensiyaçıların pensiyalarının indeksləşdirilməklə artırılması, habelə 2022-ci il üzrə maddi dəstəyin göstərilməsinə dair təkliflərini 1 ay müddətində təqdim edilməsi tapşırılıb.

Xəbər 1807 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +