Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü
Aktrisa toyda qonaqlarla dava edib
İlham Əliyev Paşinyanla görüşdü


26.12.2021  21:13 

“Tərtər işi” - Bu qədər Allahsızlıq olar?





A+  A-

“Tərtər işi” ilə bağlı yazıları diqqətlə izləyirəm. Belə anlaşılır ki, Azərbaycan Ordusundan düşmənə casusluq edənlər olub.

Həmin məlumatlardan yararlanan düşmən gözlənilməz zərbə ilə xeyli hərbçimizi şəhid edib. Bu məsələnin araşdırılmasına prezident şəxsən göstəriş verib.

Araşdırma zamanı casuslar ifşa olunub. Eyni zamanda Orduda olan bəlli qruplaşmalar bu məqamdan bir-birinə qarşı istifadə etməyə çalışıb.

Nəticədə qurunun oduna yaş da yanıb. Xeyli günahsız zabiti döyə-döyə öldürüblər. “Səmimi etiraf” qoparmaq üçün onlara ağlasığmaz işgəncələr verilib. Gestapo üsullarını kölgədə qoyan vəhşiliklərə imza atıblar...

Heç şübhəsiz ki, bu işi istintaq araşdırmalıdır. Problem ondadır ki, Azərbaycanın istintaq orqanları sifarişlə işləyir. Yuxarıdan nə göstəriş gəlsə, ona uyğun istintaq gedəcək. Yəni kimin haqlı, kimin cinayətkar olması önəmli deyil. Önəmli olan odur ki, yuxarıdan gələn göstəriş yerinə yetirilməlidir. Şəxsən mən sifarişlə çıxarılan məhkəmə hökmünün ədalətli ola biləcəyinə inanmıram...

Real vəziyyət belədir ki, “Tərtər işi” hakimiyyətdaxili qrupların həyati maraqlarına toxunur. Müxalifət də “Tərtər işi”ndən iqtidarı vurmaq üçün istifadə edir. Yəni Azərbaycan reallığı bu qədər eybəcərdir. Bir normal ölkədə yaşasaydıq məhkəməmin hökmü ilə razılaşardıq.

Təəssüf ki, Azərbaycan normal ölkə deyil. Ona görə də insanlar müəyyən ehtimallar əsasında mühakimə yürüdürlər...

Ən pisi isə odur ki, “Tərtər işi”ndən dolayı öldürülən zabitlərin doğmaları dövlətdən rəsmi bəraət tələb edir.

Tam haqlıdırlar. Heç bir günahı olmayan Azərbaycan zabitini “vətən xaini” elan elə, onu döyüb öldür, bu qədər Allahsızlıq olar?

Heç olmasa, dəhşətli işgəncələrə məruz qalan zabitlərə kompensasiya ödəyin.
Belələrinin rütbəsini də artırmaq lazımdır.

Ədalətsiz ölkədə yaşamaq doğrudan da böyük faciədir. Dəqiq bilmirsən ki, bütün bu vəhşiliklər hansı məqsədlə həyata keçirilib.

Ona görə də təkidlə deyirəm ki, Azərbaycan Qərb modelinə söykənən dövlət idarəçiliyi modelinə keçməlidir.

Azərbaycanın bütün nazirləri, xüsusən hüquq-mühafizə orqanlarının rəhbərləri ən azı 3 ildən bir dəyişməlidir. Onsuz da hamısı rüşvətxorun yekəsidir. Heç olmasa bu rüşvətxorların mafiya boslarına çevrilməsinə imkan verməyin...

Elbəyi Həsənli

Xəbər 1847 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +