14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü


01.04.2021  15:22 

Rusiyada bu peyvəndin qiyməti yarıya endirildi





A+  A-

Rusiya Federal Antiinhisar Xidməti “EpiVacCorona” koronavirus peyvəndinin qiymətini yarıya - 9541 rubldan 4210 rubla endirib.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Novosibirsk Elmi Virologiya və Biotexnologiya Mərkəzi “Vektor” tərəfindən hazırlanan preparat 10 ampulalıq qablaşdırmada satılacaq.

“EpiVacCorona” Rusiyada qeydiyyata alınan üç peyvənddən biridir. Mart ayının əvvəlindən etibarən vaksinin yaşlı şəxslərə vurulmasına icazə verilib.

“Vektor” mərkəzinin qrip şöbəsinin müdiri Aleksandr Rıjikov “EpiVacCorona”nın yaratdığı immunitetin koronavirusun bilinən bütün mutasiyalarına qarşı təsirli olduğunu bildirib.

İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmət (Rospotrebnadzor) isə “EpiVacCorona”nın üçqat immunitet meydana gətirdiyini iddia edir.



Xəbər 1657 dəfə oxunub.



16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +