14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü


12.02.2025  17:27 

Etibar Əliyev dövlətə borcunu niyə ödəmir?





A+  A-

"TexnikaBank" ASC-nin Müşahidə Şurasının sədri və sahibi olmuş Etibar Əliyev "Zamin Bank" ASC-dən götürdüyü krediti hələ də ödəməyib.

XəzərNews.az xəbər verir ki, Qaynarinfo-nun araşdırması zamanı məlum olub ki, 2012-ci ildə həbs edilən Etibar Əliyev krediti azadlığa çıxandan sonra götürüb. Bu məsələdə ona keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun yardım etdiyi bildirilir.

İddialara görə, Eldar Mahmudovun tapşırığı ilə Mərkəzi Bankın o zamankı sədri Elman Rüstəmov mülkləri qarşılığında Etibar Əliyevə 34 milyon manat kredit ayrılması qərarı verir. Lakin qanunvericiliyə görə Mərkəzi Bank kredit vəsaitini birbaşa ayıra bilmədiyi üçün proses "ZaminBank" ASC vasitəsilə həyata keçirilir.

Sonradan Etibar Əliyev ödənişləri yubadır və 2016-cı ildə "ZaminBank" ASC də bağlandığı üçün vəsaiti qaytarmaqdan ümumiyyətlə imtina edir. Nəticədə Etibar Əliyevin dövlətə ödəməli olduğu vəsait "ZaminBank” ASC-nin sahibi olmuş Nadir İsmayılovun üzərində qalır. Nadir İsmayılov hazırda həbsdədir və onun məhkumluq həyatı yaşamasının bir səbəbi də Etibar Əliyevin kredit borcudur.

Artıq 12 ildən çox vaxt keçməsinə baxmayaraq, Etibar Əliyev hələ də borcu ödəmir. Baxmayaraq ki, bununla bağlı məhkəmə qərarları da var. Mümkündür ki, Etibar Əliyevin krediti ödəmək üçün pulu yoxdur. Amma axı mülkləri var. Söhbət kredit müqabilində girov qoyulan mülklərdən gedir. Həmin mülklər satışa çıxarmaqla borcu ödəmək mümkündür.

Maraqlıdır ki, Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu tərəfindən edilməli olan bu proses illərdir uzadılır. Səbəbi məlum deyil.

Qaynarinfo yazıdakı iddialarla bağlı Etibar Əliyevin də mövqeyini öyrənməyə çalışıb. Lakin məlum olub ki, o ölkə xaricindədir.


Xəbər 3422 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +