13 azərbaycanlı Suriya cəhənnəmindən xilas oldu
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi
3 əcnəbi Azərbaycandan qovuldu - Birgə məlumat
Təbiətə 45 min manat ziyan vuruldu
Keçmiş hərbi prokuror metroda görüntülənib - Foto
Allahdan sonra mənəm... - Qazancınızın yarısı mənimdir
İş qurmaq vədi ilə qonşusunun 111.700 min manatını ələ keçirdi
Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Silahlı Qüvvələr Günü... - 3 gün tətil
Bank kartlarından 10 min manatdan çox pul oğurlanıb


27.05.2025  18:26 

Lavrov Fidan görüşü oldu - Moskvada





A+  A-

Rusiya Türkiyənin Moskva-Kiyev danışıqları üçün verdiyi imkanları yüksək qiymətləndirir.

XəzərNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Sergey Lavrov Moskvada türkiyəli həmkarı Hakan Fidanla görüşdə deyib.

“Əlbəttə, Putinin dünən dediyi kimi, biz Türkiyənin Rusiya və Ukrayna nümayəndə heyətləri arasında birbaşa danışıqların növbəti raundu üçün bir daha təqdim etdiyi bütün imkanları qiymətləndiririk”, - baş diplomat bildirib.

Lavrovun sözlərinə görə, Türkiyə tərəfi ilə danışıqların gündəliyi genişdir, çünki bu, iki ölkə liderləri arasında görüşlər zamanı əldə edilmiş razılaşmalar və anlaşmalarla müəyyən edilir.

“Nəticələrə nail olmaq və nəticədə tərəfdaşlığımızı dərinləşdirmək üçün qarşılıqlı niyyətimiz dünən Kremldə Prezident Putin tərəfindən qəbul olunduğunuz zaman təsdiqləndi”, - Rusiya xarici işlər naziri türkiyəli həmkarına müraciət edərək əlavə edib.

“Əminəm ki, bugünkü görüş liderlərimizin qarşımıza qoyduğu vəzifələrin həyata keçirilməsinə kömək edəcək”, - deyə baş diplomat yekunlaşdırıb.

Qeyd edək ki, H.Fidan Lavrovun dəvəti ilə Rusiyada iki günlük səfərdədir. Mayın 26-da onu Kremldə Rusiya dövlət başçısı qəbul edib. Türkiyənin xarici işlər naziri mayın 16-da İstanbulda Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən prezidentin köməkçisi Vladimir Medinski ilə də görüşüb.

Xəbər 678 dəfə oxunub.




04.06.2025  11:08 

Sanksiyalar hazırdır - Kelloq


BÜTÜN XƏBƏRLƏR +