Hakan Fidandan Rusiya və Ukrayna açıqlaması
Mərkəzi Bank sabiq deputatın qızından kəlağayı alacaq
Tələbə qıza təcavüz edən 27 ildən sonra tapılıb
Təhsil real sektordan geridə qalır - Rektordan ETİRAF
Şöbə müdiri vəzifəsindən ayrıldı
Fondun icraçı direktoru təyin edildi - Sərəncam
143 milyonluq yeyinti... - Generalın cəzası azaldıldı
Qazinin vəsatəti təmin edilmədi, həbsdə qaldı
“Melissa Group”un rəhbəri ev dustaqlığına buraxılıb
Əhməd əl-Şaraanın maraqlı fotosu yayıldı


28.08.2018  11:21 

Kolleclərdəki boş yerlərə əlavə qəbul elan edildi





A+  A-

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilir
Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə avqustun 28-dən sentyabrın 3-dək internet vasitəsilə ixtisas seçimi elan edib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən XəzərNews.az-a məlumat verilib.

Bildirilib ki, orta ixtisas təhsil müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında (hər iki mərhələ üzrə) topladıqları ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılır. Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər müsabiqədə tədris dili (Azərbaycan dili və ya rus dili) və riyaziyyat fənlərindən buraxılış imtahanında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər.

İmtahan nəticələrinə görə, orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi 2018-ci il avqustun 28-dən sentyabrın 3-dək internet vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib www.eservices.dim.gov.az/erizetex/ixtisas2 internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidirlər.

Boş qalan ixtisasların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub.

İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Elektron ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər seçə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

Xəbər 1338 dəfə oxunub.



14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma

14.05.2025  12:36 

Sabah gündüz 21° isti olacaq

14.05.2025  11:24 

Qubada iki nəfəri tok vurdu

14.05.2025  11:16 

Kiyevdə oteldə atışma olub


BÜTÜN XƏBƏRLƏR +