Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


13.07.2022  15:35 

Nazirlik şirkətləri kimdən və niyə gizlədir?





A+  A-

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytında "Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi" bölməsi bir həftədən çoxdur qeyri-aktivdir.

Əvvəllər həmin bölməyə daxil olaraq dövlət qeydiyyatına alınan şirkətlər barədə məlumatları əldə etmək mümkün olurdu.

Belə ki, şirkətin adı və yaxud da VÖEN-i (Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi) ilə axtarış edərək şirkətin qanuni təmsilçisi, hüquqi ünvanı, nizamnamə kapitalı, şirkətin yaranma tarixi və s. barədə məlumat əldə etmək olurdu.

Hazırda həmin bölməyə giriş mümkün deyil. Məsələ ilə bağlı Vergilər Xidmətinə ünvanladığımız suala cavab ala bilmədik.

Qeyd edək ki, son illər mətbuatda, o cümlədən də yeniavaz.com saytında dövlət qurumlarının keçirdiyi tender müsabiqələrində yeni yaranan, təcrübəsiz şirkətlərin qalib gəlməsilə bağlı çoxsaylı yazılar yayımlanıb. Həmin yazılarda adı keçən şirkətlər barəsində məlumatlar Dövlət Vergi Xidmətinin rəsmi saytında olan məlumatlara istinadən yer alırdı. Eyni zamanda bu məlumatlar əsasında tender müsabiqəslərində qeydə alınan digər neqativ hallar da üzə çıxmış olurdu./Yeniavaz.com


Xəbər 1408 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +