Prezidentin Macarıstan səfərindən görüntülər - VİDEO
İsrail atəşkəsi qəbul etməyə hazırdır -Netanyahu
Moskvaya PUA hücumu olub
1 ildə kartlardan 22 milyon manat oğurlanıb - Rəsmi
Eldar Qəribov bankdan nə qədər qazanır?
Alim, yoxsa separatçı?. - Qarabağa Artsax deyənlər
Polkovnik Şahin Quliyev həbs edilib
Kursk Ukrayna ordusundan azad edilib?
Sabiq müavin rüşvət aldığına görə saxlanıldı
İlham Əliyevin tarixə düşəcəyinə əminəm - Ərdoğan


11.09.2018  18:04 

Xüsusi xidmət orqanları başçılarının səs yazısı yayıldı - Ermənistanda qalmaqal





A+  A-

Ermənistanda Xüsusi İstintaq Xidməti və Milli Təhlükəsizlik Xidmətinin rəhbərlərinin telefon danışıqları gizli yolla dinlənilib və səs yazısı sosial şəbəkələrdə yayılıb.
XəzərNews.az erməni KİV-nə istinadən xəbər verir ki, məsələ ilə bağlı qurumların rəhbərləri Sasun Xaçaturyan və Artur Vanetsyan bu gün təcili mətbuat konfransı keçiriblər. Milli Təhlükəsizlik Xidmətinin rəhbəri A.Vanetsyan səs yazısının həqiqətən onlara aid olduğunu təsdiqləyib.

Qalmaqalı səs yazısını şərh edən Artur Vanetsyan bildirib ki, fakt böyük narahatlıq yaradır və detallı şəkildə araşdırılacaq, səs yazısının mənbəyi ortaya çıxarılacaq. Onun sözlərinə görə, artıq Baş Prokurorluqda məsələ ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, səs yazısı bu gün YouTube sosial şəbəkəsinə yerləşdirilib. Audioda MTX-nin direktoru Artur Vanetsyanla XİX-in rəisi Sasun Xaçatryan Ermənistanın ikinci prezidenti Robert Koçaryana, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov və eks-müdafiə naziri Mixael Arutyunyana qarşı cinayət işini müzakirə ediblər.

Səs yazısında MTX direktoru Yuri Xaçaturova çox baş qoşmamağı məsləhət görür, belə ki, bu, rusları qıcıqlandırır: “Zəhmət olmasa, Xaçaturovun işinə diqqətli baxın, hərçənd baş nazir deyir ki, onu həbs etmək lazımdır, lakin ruslar...”

Xüsusi İstintaq Xidmətinin rəisi mətbuat konfransında qeyd edib ki, gizli dinlənmə hüquq-mühafizə orqanlarının işinə mane olmaq cəhdidir. 1 mart hadisələri bütün hallarda açılacaq.

Xəbər 1549 dəfə oxunub.




21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!


BÜTÜN XƏBƏRLƏR +