“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


17.05.2017  15:32 

Ərdoğanın ABŞ səfəri – Gözləntilər doğruldumu?





A+  A-

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-a səfəri çərçivəsində Donald Trampla görüş keçirdi. Gözlənilənlərin əksinə olaraq, iki lider arasında görüş 20 dəqiqə davam edib.
Mətbuat konfransının ilk dəqiqələrindən Tramp Türkiyə və ABŞ arasında müttəiflik münasibətlərinin qədim tarixi olduğunu diqqətə çatdırmışdı.
“Türkiyə “soyuq müharibə” dövründə kommunizmə qarşı önəmli qala idi”-deyə o vurğulayıb. Tramp amerikalı general Duqlas Makarturun Koreya müharibəsi zamanı türk əsgərlərini “dünyanın ən güclü əsgərlərindən biri” adlandırmasını da xatırladıb.

ABŞ prezidenti İŞİD və PKK ilə mübarizədə Ankaraya dəstək verəcəklərini söyləsə də, YPG-nin adını çəkməyib.

Türkiyə prezidenti də öz çıxışında uzun tarixə malik ABŞ-Türkiyə münasibətlərindən danışıb və Trampı bir daha seçkilərdəki qələbəsi münasibətilə təbrik edib.

Amma görüşün 20 dəqiqə davam etməsi, tərəflərin Suriya məsələsi ilə bağlı konkret açıqlamalar verməməsi əslində, Ərdoğanın ABŞ səfərinin göründüyü kimi uğurlu olmadığının göstəricisidir.

Ötən həftə Trampın göstərişi ilə Suriyadakı müxalif qüvvələrə, həmçinin YPG-yə ən müasir silahların verilməsi barədə göstəriş bunu deməyə əsas verir.

Bu fonda Trampın PKK-nı terror təşkilatı adlandırması ola bilsin ki, Ankaranın könlünü almaq üçün atılmış diplomatik addım saymaq olar.

Amma tərəflərin Türkiyəyə müasir silahların satılması barədə danışması müəyyən məsələlərdə konsensusun olmasına işarədir.

Ekpsertlərin fikrincə, tərəflər Fətullah Gülənini ekstradisiyasını da müzakirə etsələrə də, Trampın bu məsələdə səlahiyyətlərinin olmadığı hər kəsə aydındır. Tramp məhkəmə qərarlarına müdaxilə edə bilmədiyi üçün Gülənin Türkiyəyə ekstradisiyası yalnız uzunmüddətli prosesdən sonra həllini tapa bilər.

(modern.az)


Xəbər 1620 dəfə oxunub.




20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +