Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


11.03.2022  11:58 

62 yaşlı kişi azyaşlı qonşusunu zorladı - Gəncədə...





A+  A-

Ailə, Qadın və Uşaq Problemleri üzrə Dövlət Komitəsi sağlamlıq imkanları məhdud olan qızın zorakılığa məruz qalması ilə bağlı yayılan məlumatlarla əlaqədar açıqlama yayıb.

XəzərNews.az xəbər verir ki, Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu mətbuata bildirib ki, sosial şəbəkələrdə Gəncə şəhəri, Kəpəz rayon sakini, xüsusi qayğıya ehtiyacı olan və yetkinlik yaşına çatmayan qızın 62 yaşlı qonşusu tərəfindən zorakılığa məruz qalması və hazırda hamiləliyin 7-ci ayında olması ilə bağlı fakt Ailə, Qadın və Uşaq Problemleri üzrə Dövlət Komitəsi tərəfindən araşdırılıb.

Bildirib ki, qurum tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası, həmçinin Daxili İşlər Nazirliyi ilə dərhal əlaqə saxlanılıb.

Məsələ ilə bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb.

"Bu gün azyaşlının psixoloji vəziyyətinin qiymətləndirilməsi və ona psixoloji dəstək göstərilməsi məqsədilə Komitənin nəzdində fəaliyyət göstərən Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları ailəyə baş çəkəcəklər", - Dövlət Komitəsinin rəsmisi bildirib.

Xəbər 1928 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +