“Əməliyyatdan 4 gün sonra burnum qaraldı...“ - Şikayət
Sabahın havası: Yağış və 35° isti
Tramp qubernatordan üzr istəməsini tələb edib
Krasnoyarsk meri Vladislav Loginov saxlanılıb
Vüqar Gülməmmədova ağır itki üz verib
Kamran Haqnəzərov yenə qalib oldu – Foto/Video
Azərbaycanda tikinti materialları bazarında qiymətlər necədir?
Müharibəni dayandırmağa çox yaxınlaşmışıq-Vladimir Zelenski
Həmin sosiska Azərbaycana gətirilib? — AQTA-dan Rəsmi açıqlama
Əhali ən çox nələrə pul xərcləyir? – Siyahı


13.10.2023  19:25 

Fələstin Dövlətinin Azərbaycandakı səfiri bəyanat yaydı





A+  A-

Fələstin Dövlətinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərimin son hadisələrlə bağlı bəyanat yayıb.

Xəzərnews.az xəbər verir ki, bəyanatda deyilir:

"Ürək parçalayan görüntüləri tanış hisslərlə dəhşət içində izləyirəm, lakin indi ilk dəfə idi ki, bu ölçüyəgəlməz kəskin ağrı hər iki tərəfdə paylaşılırdı.

Biz kim tərəfindən olursa-olsun, sivil insanların hədəf alınmasına qarşıyıq və hər yerdə həyatlarını itirən günahsız insanların yasını tuturuq və bilirik ki, on illərdir günahsız fələstinlilərin həyatları riskə məruz qalıb və bu həyatlar da hər kəsin həyatı kimi dəyərlidir.

Əhalinin məskunlaşdığı ərazilərdə hər nöqtəni hədəfə alan intensiv, ardıcıl bombardman, ətraf yaşayış yerlərinin yox edilməsi, insanların on yeddi ildir qəfəsdə saxlanıldığı dünyanın ən böyük açıq hava həbsxanası, dünyada özlərini beynəlxalq hüququn müdafiəçiləri olduqlarını iddia edən beynəlxalq arenadakı bəzi güclərdən kart-blanş aldıqdan sonra himayədarlarının xeyir-duası ilə nüvə dövləti olan İsrail tərəfindən həyata keçirilən kollektiv cəzalandırma beynəlxalq hüquqa əsasən müharibə cinayətidir.

1967-ci ildən İsrail aparteid rejimi bütün amansız üsullarından istifadə edərək, insanlıq tarixində ən uzunmüddətli hərbi işğalın icraçısıdır.

BMT-nin yüzlərlə qətnaməsinə və Beynəlxalq Humanitar Hüquqa zidd olan İsrailin amansız cinayətlərinə qarşı biz dünya güclərindən eyni hiddəti və canfəşanlığı görmədik. Əksinə, onlar İsrailin amansız müstəmləkəçi aparteid sistemini bütün siyasi, diplomatik və hərbi örtüklərlə bu qeyri-insani situasiyanı tamamilə siyasi cəzasızlıqla həyata keçirmək üçün lazım olan alətlərlə maliyyələşdirir.

İroniya ondadır ki, həmin bu eyni güclər yalnız sözdə iki dövlət haqqındakı qətnaməni dəstəkləyir, amma BMT və planetin 2/3-nin əksinə işğal edilmiş Fələstin Dövlətini tanımaqdan imtina edirlər. Bu, can verən sülh prosesinə stimul verən simvolik və substantiv jestdir.

Sülh yolu ilə həllə sadiqliyi ilə tanınan Fələstin rəhbərliyi artıq illərdir, hər hansı siyasi üfüqün yoxluğunda status-kvonun dayanıqlı olmaması barədə xəbərdarlıq edir. Çünki ədalətli sülhə nail olmaq üçün bütün yollar İsrail tərəfindən bloklanır. Bu, çoxillik münaqişənin davamını və onun yol açacağı qaçılmaz şiddət partlayışlarını öz ardından gətirəcək.

BMT-nin müvafiq qətnamələrini yerinə yetirmək və məsuliyyətə cəlb edilməklə Fələstinin İsrail tərəfindən bitmək bilməyən işğalına və aparteid rejiminə son qoyaraq davam edən faciəvi situasiyanın qarşısını almaq və minlərlə insanların həyatlarını xilas etmək olardı. Həyatı heç də israillilərdən az dəyərli olmayan Fələstin xalqı paytaxtı Şərqi Qüds olan öz müstəqil dövlətlərində qürurla və bütün xalqlarla sülh içində yaşamağa layiqdir və buna bütün hüquqları var. Sülhün əsl ünvanı geosiyasi dolanbaclar yox, Fələstindir”, - deyə səfir bəyanatında bildirib.

Xəbər 2180 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.06.2025  18:54 

Mirzoyan Fransaya səfər edəcək

08.06.2025  18:26 

Bu ölkədə güclü zəlzələ

08.06.2025  18:03 

Hacıqabulda yaşayış ev yanıb

08.06.2025  17:44 

Ronaldo bu klubdan imtina edib?

08.06.2025  17:03 

Sabahın hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +