“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


04.05.2017  19:28 

Yüksək rütbəli hərbçilər birgə təlimləri izlədilər - FOTOLAR





A+  A-

Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin üçtərəfli formatda keçirilən əvvəlki görüşlərində əldə edilmiş razılığa əsasən, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərinin növbəti mərhələsi hər üç ölkənin yüksək səviyyəli müşahidəçilərinin iştirakı ilə keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, mayın 4-də “Yüksək Səviyyəli Müşahidəçi Günü” çərçivəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənovun, Türkiyə Silahlı Qüvvələrinin hərbi birliyinin komandiri, general-leytenant Mehmet Özoğlunun və Gürcüstan Müdafiə Nazirliyinin briqada komandiri, polkovnik Zurab Xviçianın rəhbərliyi ilə nümayəndə heyətləri təlimlərin növbəti mərhələsini izləyiblər.

Keçirilən təlimlər haqqında ərazinin maketi üzərində ətraflı məruzə edildikdən sonra yüksək səviyyəli qonaqlar təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika ilə tanış olub, yerinə yetirilən tapşırıqların praktiki icrasını müşahidə ediblər.

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin təlimdə iştirak edən bölmələri qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirib.

Birgə təlimlərin növbəti mərhələsi müvəffəqiyyətlə başa çatdıqdan sonra qonaqlar şəxsi heyətlə görüşüb, fərqlənən hərbi qulluqçuları mükafatlandırıb və xatirə şəkli çəkdiriblər.









Xəbər 1027 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +