“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


01.02.2022  14:14 

O cərimə pulları hara gedir?





A+  A-

“Bakı Nəqliyyat Agentliyinin konsepsiyası yoxdur. Bu qurumun konsepsiyası olamlıdır. Axı bu fiskal orqan deyil. 3-5 nəfər düşür yola orda çəkir, burda çəkir”.

XəzərNews.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Rüfət Quliyev parlamentin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin I oxunuşda müzakirəsi zamanı deyib.

"Bəsti Bağırov küçəsində Bakı Nəqliyyat Agentliyi guya layihə həyata keçirir, 50-70 metr səki yaradıblar, o yolda 10-15 maşın saxlamaq olar. Nəyə lazımdır belə səki? Onu, bunu çəkməklə, cərimələməklə məsələ həll olunmur. O cərimə pulları hara gedir? Bakı Nəqliyyat Agentliyi məsələnin həlli üçün konsepsiya hazırlamalıdır. Yolu daraldır, istehkamlar qururlar, belə olmaz. Bakı Nəqliyyat Agentliyini tənqid edəndə də deyirlər ki, deputat niyə tənqid edir?!”.

Xəbər 1938 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +