“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


05.10.2021  22:31 

Araz Əsgərli haqlıdır, yoxsa Ehsan Zahidov?





A+  A-

Bir neçə gün əvvəl Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru Araz Əsgərli oxu.az saytına müsahibəsində sürücülük vəsiqəsinin verilməsi ilə bağlı müxtəlif fikirlər səsləndirib.

O, bildirib ki, Azərbaycanda sürücülük vəsiqələrinin verilməsi digər ölkələrlə müqayisədə daha asandır. Başqa ölkələrə nəzər saldıqda orda bu prosedurların daha sərt olduğu üzə çıxır, məsələn, imtahan sualları 10 yox, 100 ola bilər.
Lakin sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində polis mayorunun bu fikirləri fərqli formada təhrif olunur və sürücülük vəsiqələrinin alınması prosedurundan daha çox digər neqativ hallar qabardılır.



Məsələ ilə bağlı Avtosfer.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, qeyd olunan açıqlama əməkdaşın şəxsi və subyektiv fikridir. Ona görə də belə qeyri-rəsmi açıqlamanı ciddiyə alıb narahat olmağa dəyməz. Hazırda ölkəmizdə sürücülük vəsiqəsinin verilməsi prosesi beynəlxalq standartlara tam uyğundur. Həmin sənədə sahib olmaq istəyən vətəndaşın kompüter vasitəsilə verilən 10 suala cavabı və xüsusi proqram əsasında keçirilən təcrübi imtahan nəticəsi, onun bu sahədəki biliyinin səviyyəsinin müəyyən edilməsi üçün kifayət edir.




Xəbər 2273 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +