“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


26.04.2021  12:10 

Rusiyada 36 rabitə peyki orbitə çıxarıldı





A+  A-

Britaniyanın “OneWeb” şirkətinin 36 rabitə peyki “Soyuz-2.1b” daşıyıcı raketi ilə “Vostoçnı” kosmodromundan fəzaya buraxılıb.
XəzərNews.az xəbər verir ki, bu barədə “Roskosmos” məlumat verib.

“Bütün peyklər hədəf orbitlərə çıxarılaraq sifarişçilərin nəzarəti altına alınıb”,- deyə açıqlamada qeyd olunub.

Son buraxılış orbitdəki “OneWeb” peyklərinin sayını 182-yə çatdırıb.

Raket Moskva vaxtı ilə saat 01:14-də buraxılıb. Bu, “Vostoçnı” kosmodromunda bu il baş tutan ikinci buraxılışdır. Əvvəlki buraxılış 25 martda olub.

Daha əvvəl “Roskosmos” rəhbəri Dmitri Roqozin 2021-ci ildə “Luna-25”in də buraxılması daxil olmaqla “Vostoçnı” kosmodromunda federal kosmik proqram çərçivəsində üç uçuşun həyata keçirilməsinin planlaşdırıldığını açıqlamışdı.

“OneWeb” peykləri yerüstü istehlakçıları birbaşa peyk rabitəsi vasitəsilə yüksək sürətli internetlə təmin etmək üçün nəzərdə tutulub.

“Roskosmos” 2021-ci ildə bu peyklərin orbitə buraxılması üçün on uçuş həyata keçirməyi planlaşdırır.

Xəbər 1918 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +